Xəbər Lenti
Dünən, 15:54
Ağdaş şəhər 4 nömrəli uşaq bağçasında “Payız möcüzələri” adlı möhtəşəm tədbir keçirilib.
Dünən, 13:30
MEHMAN QƏHRƏMANOVA AĞIR İTKİ ÜZ VERİB – ƏMİSİ MİRİD QƏHRƏMANOV VƏFAT EDİB. ALLAH RƏHMƏT ELƏSİN!
Dünən, 11:36
Yeni Azərbaycan Partiyası - Dünənin tarixi zərurətindən sabahın güclü Azərbaycanına doğru
20-11-2026, 14:20
KOTANAXR KƏNDİNİN TANINMIŞ SİMASI ƏLİ QARAKİŞİ OĞLUNUN ƏZİZ XATİRƏSİNƏ DƏRİN HÖRMƏTLƏ BAŞSAĞLIĞI
20-11-2026, 14:02
VƏKİLLİK İNSTİTUTU HÜQUQİ DÖVLƏTİN SÜTUNUDUR: PEŞƏ NÜFUZU, ƏDALƏT VƏ İNSAN HÜQUQLARI ETİBARI QORUNMALIDIR!
20-11-2026, 13:56
"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI
20-11-2026, 13:45
İLHAMƏ ABDULLAYEVA – TƏHSİL SAHƏSİNDƏ TOPLADIĞI ZƏNGİN TƏCRÜBƏ, PEŞƏKARLIQ VƏ MƏSULİYYƏTİ İLƏ YENİ MƏRHƏLƏYƏ DOĞRU!
20-11-2026, 12:36
Azərbaycan–Vyetnam münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlığın real iqtisadi nəticələrə çevrilməsi
20-11-2026, 10:52
“Prezidentin Vyetnama səfəri siyasi kursun möhkəmləndirilməsində əlamətdar mərhələdir”
20-11-2026, 10:18
“Ağ pələng”in izi ilə - Prezident İlham Əliyev 43 illik siyasi irsə yeni məzmun qazandırır
19-11-2026, 15:28
4 saylı Magistral avtomobil yollarının istismarı MMC Müşfiq qəsəbəsində yol və infrastruktur problemlərinin həlli istiqamətində mühüm işlər görür
19-11-2026, 13:22
“Kibermühitdə bu günün şifrəli sirr tarixçəsi sabahın açıq kitabıdır” - DTX-nin rəis müavini
18-11-2026, 14:24
ŞÜKRAN SOLTANOV – ADINA, AMALINA VƏ MƏNƏVİ DÜNYASINA LAYİQ YAŞAYAN, VƏTƏNİNƏ, İNSANLIĞA VƏ ALLAHININ LÜTFÜNƏ ŞÜKÜR EDƏN BƏNDƏ!
18-11-2026, 13:43
ŞÜKRAN SOLTANOV – MƏRHƏMƏTİN, QAYĞININ, DİQQƏTİN VƏ İNSANLIĞIN BİR ADI! HƏYATIN AĞIR SINAQLARINDAN UĞUR ZİRVƏSİNƏ UZANAN ŞƏRƏFLİ ÖMÜR YOLU
Fransa Milli Assambleyasının qətnaməsini qətiyyətlə rədd edirik - Azərbaycan XİN

Fransa tərəfindən atılan digər təxribat xarakterli addımlar, o cümlədən bu ölkənin Senatı tərəfindən daha əvvəl qəbul edilmiş qətnamə kimi, bu qətnaməni də qətiyyətlə rədd edirik..
Bu, Fransa parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnaməyə dair Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) şərhində deyilir.
Qeyd edilir ki, 30 noyabr 2022-ci il tarixində Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) Azərbaycan əleyhinə qəbul edilmiş yalan və iftira dolu qətnamə, bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır.
"Qeyd edilən qətnamə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır.
Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir.
Xüsusilə qeyd edək ki, qətnamə üzrə dinləmələrdə Fransa hökumətinin nümayəndəsinin faktiki olaraq qətnaməni dəstəkləməsi, bu qətnamənin də arxasında son vaxtlar açıq şəkildə müxtəlif platformalarda anti-Azərbaycan təşəbbüslərlə çıxış edən Fransa hökumətinin dayandığını növbəti dəfə göstərir.
Fransa, 25 ilə yaxın müddətdə ona həvalə edilmiş vasitəçilik rolunu bəhanə gətirərək, Ermənistanın təcavüzünə və işğalçı siyasətinə qiymət verməyib, beləliklə də münaqişənin həllinə çalışmayıb. Azərbaycanın işğala son qoyaraq münaqişəni təkbaşına həll etməsindən sonra ölkəmizə qarşı açıq şəkildə qarayaxma kampaniyası aparması və ittihamlar səsləndirməsi Fransanın qərəzli niyyətinin təzahürüdür.
Fransa tərəfindən atılan digər təxribat xarakterli addımlar, o cümlədən bu ölkənin Senatı tərəfindən daha əvvəl qəbul edilmiş qətnamə kimi, bu qətnaməni də qətiyyətlə rədd edirik", - XİN-in şərhində deyilir.























































