Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov: “Dövlətə və Dövlətçiliyə Sədaqət Andı”
Məhəmədlidə qanunsuz tikilən evlər necə kreditlə satılır….Hansı məmur “makler”ləri himayə edir? -Videofakt
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
Kürdəmir Suvarma Sistemləri İdarəsinin rəisi Mobil Aşurov: “Su həyat mənbəyidir – həyatın özü deməkdir”
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “ Peşəkarlıqla və fədakarlıqla yoğrulan yol”
"Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir - FOTOLAR
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihənin icrası davam etdirilir. Layihə istiqamətində növbəti görüş 15.07.2024 tarixində Saatlı rayonunda fəaliyyət göstərən Gənclər evində keçirilib.
QHT.az xəbər verir ki, Birliyin mətbuat katibi Fərid Səfərov məlumat verib. Onun sözlərinə görə,"Siz bizlərdən birisiniz" şüarı altında keçirilən tədbirdə Saatlı rayon icra hakimiyyətinin rəsmisi İctimai-Siyasi və Humanitar məsələləri şöbəsinin baş məsləhətçisi Məmmədov Aqşin, Saatlı UADM-nin psixoloqu Kərimli Gültac, Saatlı rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri üzrə işin təşkili şöbəsinin baş məsləhətçisi Sabir Allahyarov, birliyin üzvləri və fiziki məhdudiyyətli şəxslər iştirak ediblər.
Birlik sədri, layihə rəhbəri Yasəmən Qəyyumova öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra layihənin məqsədi, ideyası, layihə çərçivəsində görüləcək işlər və layihənin faydaları haqqında geniş məlumat verib.
Layihənin məqsədi müxtəlif növ əlillik dərəcəsi alan fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə düzgün istiqamətdə yönləndirilməsi və onların istəklərinə uyğun mövqelərinin təmin edilməsində yardımçı olmaqdır.
Tədbirdə iştirak edən psixoloq Kərimli Gültac fiziki məhdudiyyətli şəxslərin bəzi istiqamətlər üzrə qarşıya çıxan problemlərin yaranma səbəbləri haqqında onlara dəstək proqramları çərçivəsində oluna biləcək köməkliklərin vacibliyini vurğulayıb.
Layihənin rəhbəri Yasəmən Qəyyumova müxtəlif növ əlillik dərəcəsi olan tədbir iştirakçılarını ayrı-ayrılıqda dinləyib, cəmiyyətə inteqrasiyası olmaq üçün onların qarşısını alan səbəbləri öyrənmək məqsədilə geniş müzakirələr aparıb. Ortaya çıxan və onların haqlə narazılığına səbəb olan amillər qeydə alınıb. Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyatlar süfrəsi açılıb. Xatirə şəkilləri çəkilib.