Xəbər Lenti
Dünən, 14:25
İsfəndiyar Axundov – quruculuq ənənələrinə və sahibkarlıq məsuliyyətinə söykənən fəaliyyət yolu
Dünən, 14:21
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
13-10-2026, 16:07
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
İmişli rayonunda “Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası” adlı layihənin ilk tədbiri keçirilib.
Qayğıya Ehtiyacı və Əlilliyi Olan Şəxslərə Dəstək İctimai Birliyi
Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası" adlı layihəsinin ilk tədbirini İmişli rayonunda fəaliyyət göstərən Şahmat məktəbində həyata keçirib. " Siz bizlərdən birisiniz" şüarı altında keçirilən tədbirdə İmişli rayon icra hakimiyyətinin rəsmisi Murad Rzayev, İmişli rayon təhsil şöbəsinin təmsilçisi fiziki məhdudiyyətli uşaqlarla təhsil üzrə mütəxəssis Əsədli Fəridə, Birliyin məsul şəxsləri və fiziki məhdudiyyətli insanlar iştirak ediblər. Tədbiri idarə edən layihə rəhbəri Yasəmən Qəyyumova öncə tədbir iştirakçılarını salamlayıb, daha sonra layihənin məqsəd və ideyası haqqında geniş məlumat verib.
Müxtəlif növ əlillik dərəcəsi alan fiziki məhdudiyyətli şəxslərin cəmiyyətdə düzgün istiqamətdə yönləndirilməsi və onların istəklərinə uyğun mövqelərinin təmin edilməsi üçün xüsusi məlumat verib.
Tədbirdə iştirak edən fiziki məhdudiyyətli şəxslərin təhsilə bağlı suallara açıqlama verən İmişli rayon təhsil şöbəsinin rəsmisi Əsədl Fəridə bu cür uşaqlara fərdi dərslər və yeni yaradılmış inkluziv siniflərdə kimlərin təhsil ala biləcəyi barədə məlumat verib. Bu işlərin həyata keçirilməsində birbaşa iştirakçı olduğunu vurğulayıb.
Birlik sədri və layihənin rəhbəri Yasəmən Qəyyumova tədbir iştirakçılarını bir dinləyib, onların cəmiyyətdən nə gözlədikləri və özlərinə məxsus bacarıqlar ilə cəmiyyətə necə inteqrasiyası ola biləcəkləri barədə sorğu aparıb. Bu sorğuya uyğun hər kəs maraq doğuran fikirlərini bildirib.
Tədbirin sonunda iştirakçılar üçün çay və şirniyyatlar süfrəsi açılıb. Xatirə şəkilləri çəkilib.
Fərid Səfərov
Birliyin mətbuat katibi


























































































