Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Müasir idarəçilik və peşəkarlığın nümunəsi – “Bakılift-2”nin rəhbəri Üzeyir Aslanov
Yasamalın abadlığında fədakar rəhbər – Vüsal Hüseynovun məşəqqətli və uğurlu fəaliyyəti
Gələcəyin Sağlam Təməli – Uşaq bağçasının müdiri Əsmayə xanımın fədakar fəaliyyəti
Hacıbala Abutalıbov: Dövlətçiliyə Sədaqət, İdarəçilik Məktəbi və Xalqına Xidmət Nümunəsi
Bakı şəhəri 40-cı Polis Şöbəsinin sahə müvəkkili, polis Rəcəb Hüseynov: Xalqın asayişi və təhlükəsizliyi naminə fədakar xidmət nümunəsi
İş adamı Cəbrayıl Cəbrayılovdan Yeni 2026-cı il və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi təbrik
Millət Vəkili Razi Nurullayevdən Yeni 2026-cı İl və Həmrəylik Günü Münasibətilə səmimi təbrik
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
Millət Vəkili Məlahət İbrahimqızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni 2026-cı ilin gəlişi münasibəti ilə təbrik etdi
POLİS İNSAN HÜQUQLARININ KEŞİYİNDƏDİR! PEŞƏ BAYRAMINIZ MÜBARƏK!
İnsan hüquq və azadlıqlarının qorunmasına Azərbaycan polisi həssaslıqla yanaşır. Bu gün vətəndaş inanır ki, onun hüquq və azadlıqlarının, təhlükəsizliyinin, sağlamlığının, mülkiyyətinin keşiyində dövlət orqanları dayanır.
Dövlət nümayəndəsi olaraq polis ictimai təhlükəsizliyin qarantı olmaqla, vətəndaşı hüquqazidd əməllərdən və zorakılıqdan qoruyur. Polis neqativ hallara qarşı barışmazdır, prinsipial mövqeyi ilə seçilir. Çünki, hər bir vətəndaş bilir ki, təhlükəyə məruz qaldıqda onun ilk ümid yeri polisdir. Vətəndaş buna da əmindir ki, onun müraciəti - şikayət, ərizə və təklif diqqətlə öyrəniləcək, zəruri tədbirlər görüləcəkdir.
Vətəndaş onun problemlərinİ vaxtında həllinə ədalətli münasibət, müraciətlərinə həssas yanaşma göstərən dövlətə etimad bəsləyir, onu dəstəkləyir.
Ölkədəki əmin-amanlığın və qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsi mühüm amil olduğundan əhalidən daxil olan müraciətlər diqqətlə araşdırılır və müvafiq ölçülər götürülür. Respublikamızın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müsahibələrinin birində vurğulamışdır ki, hüquq-mühafizə fəaliyyətinin yeni iqtisadi və sosial münasibətlərə uyğun qurulması cəmiyyətin daxili işlər orqanlarına olan tələblərini də əhəmiyyətli dərəcədə artırır, üzərinə düşən vəzifələrin dairəsi genişlənir: “İnsan hüquq və azadlıqlarının qorunması başlıca funksiyalardan birinə çevrilir”.
Təcrübə də göstərir ki, şəffaflıq, insan hüquqlarının qorunması, qanunçuluğun gücləndirilməsi polis-cəmiyyət əlaqələrini daha da möhkəmləndirir. Odur ki, vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşılması, onların hüquqlarının qorunması daxili işlər orqanlarının əsas iş prinsiplərindən biridir.
Sözsüz ki, respublikada qanunçuluğun təmini işində qazanılan uğurların arxasında çətin şəraitdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır. Ölkədəki ictimai sabitliyin etibarlı qorunması, qanunçuluğun davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi şəxsi heyətin nizam-intizamından asılıdır.
Bütün bu işlərin və qanun-qaydanın və sabitliyin qorunub saxlanmasında Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun əməyi sonsuzdur.
Hüquq-mühafizə orqanlarına göstərdiyi dəstəyə, diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan Respublikasının müstəqilliyinin, dövlətçiliyinin möhkəmləndirilməsi işinə sədaqətlə xidmət edəcəklərini, vətəndaşlarımızın təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildiririk.
Azərbaycan polisinin 106 illik şanlı tarixi ərzində şərəfli yol keçərək dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildiyini, ölkəmizdə müstəqilliyin və daxili sabitliyin təmin olunmasında mühüm rol oynayır, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayır.
Əziz polis işçiləri!
Sizi, başda cənab nazirimiz, polis general-polkovniki Vilayət Eyvazov olmaqla 2 iyul - Polis Günü münasibətilə ürəkdən təbrik edirəm! Bu əlamətdar gün, xalqımızın təhlükəsizliyini təmin edən, asayişi qoruyan və hüquq-mühafizə sistemimizin əsas sütunu olan polis əməkdaşlarının şərəfinə qeyd olunur. Sizlər, gecə-gündüz demədən, çətin şəraitdə belə xalqımıza xidmət edir, onların dinc və təhlükəsiz həyatını təmin edirsiniz.
Polis peşəsi böyük məsuliyyət və fədakarlıq tələb edən bir sahədir. Hər birinizin cəsarəti, sədaqəti və peşəkarlığı sayəsində vətəndaşlarımızın hüquqları və azadlıqları qorunur, cinayətkarlıqla mübarizədə mühüm uğurlar əldə olunur. Sizin əməyiniz sayəsində ölkəmizdə sabitlik və asayiş təmin edilir, insanlar rahatlıqla öz gündəlik işləri ilə məşğul ola bilirlər.
Bu peşə bayramında, bütün polis işçilərinə uzun ömür, möhkəm can sağlığı və işlərində yeni uğurlar arzulayıram. Ailənizlə, yaxınlarınızla birlikdə daim xoşbəxt və firavan yaşayasınız. Həmçinin, bu şərəfli peşədə həyatını itirən qəhrəmanlarımızı dərin ehtiramla yad edirik və onların xatirəsini daim qəlbimizdə yaşadırıq.
Əziz polis əməkdaşları, sizin əməyinizə, fədakarlığınıza və qəhrəmanlığınıza görə minnətdarıq. Hər zaman güvənc yerimiz olaraq qalmağınızı və daim uğurlarınızın davamını arzulayırıq.
Polis Günü münasibətilə bir daha səmimi təbriklərimizi qəbul edin!
Hörmətlə,
Teymur Hacıyev
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi,
Polis general-mayoru
PS. Fürsətdən istifadə edərək Redaksiyamızın kollektivi adından 106 illik şanlı tarixə malik olan, şərəfli yol keçən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin bütün polis əməkdaşlarını, xüsusilə qeyd etmək istəyirik ki, Gəncə Şəhər Polis İdarəsinin rəisi, polis general mayoru Teymur Hacıyevi və rəhbərlik etdiyi qürumun bütün kollektivini peşə bayramın münasibətilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, işlərində uğur və qalibiyyət arzulayırıq.
Peşə bayramınız mübarək Azərbaycan polisi!
Hazırladı: Fərid Faiqoğlu
Yazıçı-publisist, AJB-nin üzvü
Təsisçi - Baş redaktor























































