Xəbər Lenti
Bugün, 15:20
SƏFƏRALİYEV QANBOY ƏHMƏDALI OĞLU – LAÇININ ALXASLI KƏNDİNİN VƏTƏN NAMİNƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN İGİD OĞLU!
14-11-2026, 17:02
Əsabil Qasımov 5 milyonluq əmlakı ələ keçirib, indi də sahibini və mətbuatı susdurmağa çalışır
13-11-2026, 15:07
BDYPİ-nin YPX Alayının 7-ci tağımının post komandiri Süleyman – “Dövlətə və dövlətçiliyə sədaqət andı”
13-11-2026, 10:17
Nəvəsinin andiçməsindən sonra meyiti tapılan Mirzəcan kişi ilə bağlı - Yeni detallar
12-11-2026, 18:57
Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
12-11-2026, 14:10
Qax RİH-nin başçısı Elvin Paşayev: KONSTİTUSİYA – MÜSTƏQİL AZƏRBAYCANIN QÜRURU, DÖVLƏTÇİLİYİNİN HÜQUQİ SÜTUNU VƏ XALQIN İRADƏSİNİN TƏCƏSSÜMÜ
25 Mart 2023 09:06Dünya
Avropa Şurası Fransa polisinin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıqları pisləyib
Fransada ifadə və sərbəst toplaşma azadlığı kobudcasına pozulur. Ölkədə söz və toplaşma azadlığına qarşı tətbiq edilən zorakılıqlar Avropa Şurasının da səbir kasasını daşırıb.
AZƏRTAC xəbər verir ki, Fransada pensiya islahatlarına etirazların və ümumi tətillərin 9-cu günü nümayişçilərlə hüquq-mühafizə orqanları arasında toqquşmalar baş verib. Xüsusilə Nant şəhərində polisin nümayişçilərə qarşı tətbiq etdiyi zorakılıqlar beynəlxalq təşkilatların diqqətindən yayınmayıb.
“Fransada pensiya islahatına qarşı sosial səfərbərlik ifadə və sərbəst toplaşma azadlıqlarının həyata keçirildiyi şərait narahatlıq doğurur”, - deyə Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Dunya Miyatoviçin bu ölkədəki vəziyyətlə bağlı narahatlığını əks etdirən bəyanatda bildirilib.
İnsan hüquqları üzrə komissar bildirib ki, hakimiyyət ifadə və sərbəst toplaşma azadlığının həyata keçirilməsini, dinc nümayişçilərin və jurnalistlərin polis zorakılığından və zorakı fərdlərdən qorunmasını təmin etməlidir.
Nümayişçilərə qarşı törədilmiş zorakılıq aktlarını diqqətə çatdıran komissar qeyd edib ki, hüquq-mühafizə orqanlarının hər hansı bəhanə ilə güc tətbiq etməsinə haqq qazandırıla bilməz. Bəzi bəhanələrlə dinc nümayişçiləri sərbəst toplaşmaq hüququndan mərhum etmək olmaz.
Komissar, həmçinin bəzi nümayişçilərin və nümayişlərin yaxınlığında olan insanların polis tərəfindən müvəqqəti saxlanılması və dindirilməsi kimi azadlıq və təhlükəsizlik hüququna xələl gətirən tədbirlərə əl atmasından narahatlığını qeyd edib.
Vurğulanıb ki, nümayişin elan edilməməsi özlüyündə etirazçıların dinc toplaşmaq azadlığı hüququnun pozulmasına haqq qazandırmaq üçün kifayət deyil.
“Zorakılığa son qoyulmalıdır. Bu, ifadə və sərbəst toplaşmaq azadlıqlarının səmərəli həyata keçirilməsi, eləcə də əhali ilə polis arasında etimadın təmin edilməsi üçün zəruri şərtdir”, - deyən müvəkkil Fransa dövlətini hüquq müdafiəçiləri və İnsan Hüquqları üzrə Milli Məşvərət Komissiyası tərəfindən bu həftə dərc edilmiş “sarı jiletlilər” hərəkatı kontekstində nizam-intizam və sərbəst toplaşmaq azadlığına dair Memorandumda təsbit olunmuş tövsiyələri yerinə yetirməyə çağırış edib.