Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
İşinin peşəkarı və təvazökar insan
Unutmamalıyıq ki,dünyada hər şeydən öncə haqq vardı, ondan sonra söz yarandı, ardınca inam. Biz haqqımızı bilərək sözümüzü deyib, inam qazanmalıyıq.
Jurnalistlik xalqla dövlət arasında xüsusi bir vasitəçidir. Dövlətin verdiyi qanunları, nizamnamələri jurnalist hər vasitə ilə xalqa çatdırır. Həmçinin də xalqın dilindən xalqın narazı olduğu problemlər haqqında dövlətə, dövlət daxilində olan səlahiyyətli şəxslərə çatdırır.
Ölkə Prezidentinin yürütdüyü daxili və xarici siyasətin və aparılan islahatların bəhrəsi özünü göstərməkdədir. Günbəgün inkişaf edən ölkəmiz dünyada və regionda lider dövlətə çevrilməkdədir.
Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan.
Atamoğlan Babayev öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət çəkən vəzifə sahibidir. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən iş adamıdır ki, o, hər bir ehtiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən vəzifə sahibidir.
Atamoğlan müəllim xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Haqqında bəhs etdiyim insan bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Həqiqət budur ki, Atamoğlan müəllim elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan sahibkardır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.
O da hər kəsə bəllidir ki, Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev yüksək savada və dünyagörüşə malik olan vətənpərvər iş adamıdı. Məhz, belə bir səbəbdəndir ki,o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman ölkə rəhbəri cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Atamoğlan Babayev məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.
Bərdə rayon Suvarma Sistemləri İdarəsinin rəisi Atamoğlan Babayev ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı daxili və xarici siyasətini dəstəkləyir və hər zaman xalq-dövlət, dövlət-xalq birliyini özünə mücəssəmə bilərək öz vətəndaşlıq borcunu xüsusi əhəmiyyətli günlərdə yüksək səviyyədə yerinə yetirir. Atamoğlan müəllim Şəhid ailələrinə, Qarabağ qazilərinə, kimsəsiz və ahılların həmişə yanında olmuş və onlara maddi-mənəvi dəstəyini göstərmişdir.
Heç şübhəsiz, sadalanan keyfiyyətlərlə yanaşı, burada 2 mühüm amilin də rolu danılmazdır. Onlardan birincisi, genetika ilə bağlıdırsa, ikincisi, zəngin təcrübə amili ilə əlaqədardır. Müasir genetika elmi sübut edir ki, nəsilli-köklü, böyük elmi və zehni potensiallı ailələrin övladlarının genetik kodun daşıyıcısı olaraq böyük uğurlara imza atma şansı kifayət qədər böyükdür. Münbit şəraitin olacağı təqdirdə həmin övladların valideynlərindən miras qalmış irsi potensialı zənginləşdirərək daha böyük uğurlar əldə etməsi sırf zaman məsələsidir. Məsələyə bu kontekstdə yanaşdıqda xüsusi olaraq qeyd edək ki, hörmətli Atamoğlan müəllimin böyük genetik irsin varisidir. Atamoğlan müəllimin uğurları bir iş adamı olaraq Azərbaycana özünəməxsus töhfəsini vermişdir.
Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Atamoğlan müəllim olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.