Menu
Xəbər Lenti
COP-29
Dün, 16:08

COP-29

COP-29
19-11-2024, 08:04

COP-29

29 Ara 08:50Manşet / Gündəm / Sosial

DÖVLƏTƏ VƏ DÖVLƏTÇİLİYƏ SADİQ İNSAN – MİKAYIL İSMAYILOV

 

Söhbət açacağımız vətənpərvər insan, hər zaman şəhid ailələri, müharibə əlillərinin və aztəminatlı ailələrin yanında olan Mikayıl İsmayılovdu .  Mikayıl müəllim gənclərlə iş sahəsində təşkilatçılıq bacarığı, ictimaiyyətin rəğbətini qazandıran fərdi keyfiyyətləri ilə diqqətdən yayınmayıb və o, məsul vəzifələrdə həmişə irəli çəkilib, burada da öz çalışqanlığı, savadı və qabiliyyəti ilə fərqlənib.

Mikayıl müəllim təkcə geniş erudisiyası olan bir kadr deyil, həm də dəyərləri üstün tutan bir insandır. O, azərbaycanlı adını, ölkəsinin mənafeyini, şərəfini həm ictimai həyatda, həm də çalışdığı kollektivlərdə uca tutan bir şəxsiyyətdir. Bu baxımdan onun fəaliyyəti xüsusilə yadda qalan olub. Bu məsul dövlət qurumundakı fəaliyyəti ilə də vəzifəyə karyera, şan-şöhrət naminə deyil, Vətəninə, xalqına ləyaqətlə xidmət etmək üçün gəldiyini sübut edə bilib.

Məhz bu keyfiyyətləri onu o zaman əqidəsi cibində, amalı və sədaqəti dilində olan bir çox rəhbər işçilərdən fərqləndirirdi. Onun məhz bu parlaq insani cəhətləri və haqq işi uğrunda mücadiləsi rəhbərlik tərəfindən qiymətləndirildi.

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, Mikayıl İsmayılov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. Rəhbərlik xüsusiyyətini, xarakterini insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…
Mikayıl müəllim öz peşəkarlığı və qayğıkeşliyi ilə diqqət çəkən vətənpərvər insandır. Bu şəxs özündə elə bir xarakterik xüsusiyyəti cəmləşdirən dövlət xadimidi ki, o, hər bir ehttiyacı olana köməklik göstərməyi, xeyirxah addımlar atmağı sanki özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan hər kəs bilir ki, qəlbində Vətəninə sonsuz məhəbbət hissi, xalqına bağlılıq duyğusu gəzdirən, hər kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən şəxslərdəndir.
Mikayıl İsmayılov xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır. Hələ gənc yaşlarından halallığı hər şeydən uca tutmaga çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub. O, bu gün də elə bir addımlar atır ki, o, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir. Fakt budur ki, Mikayıl müəllim elə bir sağlam təfəkkürə, elə bir saf əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.  
O da hər kəsə bəllidir ki,
Mikayıl müəllim yüksək savada və dünyagörüşə malik olan vətənpərvər insandır. Məhz, belə bir səbəbdəndir ki, o, istənilən vəziyyətlə bağlı zamanında düzgün qərar qəbul etməyi bacarır və lazımi uğurları əldə edir. Bu şəxsin hər zaman rəhbərliyin verdiyi tapşırıq və tövsiyyələri həyata keçirdiyi idarəçiliyində əsas tutması haqda da müfəssəl məlumatlara malikik. Xarakterik xüsusiyyətində sadəliyi, hər kəsə qarşı yanaşmasında yüksək insani münasibəti üstün tutması Mikayıl İsmayılov məhz hər an başucalığı gətirməkdədir. Bu gün o, insanlara diqqət və qayğı ilə yanaşır, hər kəsə probleminin həlli istiqamətində lazım olan köməkliyini göstərir.
Bəli, o, həmişə hansı sahədə çalışıbsa, hər zaman özünü doğrultmağı bacarıb. Yuxarıda qeyd etdiyimiz kimi, çox hörmətli
Mikayıl müəllim əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, yeni-yeni uğurlu addımlarını atmaqda davam edir. Mikayıl müəllim ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir.

Mikayıl İsmayılovu qarşıdan gələn 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibəti ilə ürəkdən təbrik edirik, qarşıdan gələn hər bir gün üçün uğur, qalibiyyət və zəfər arzulayırıq.

 

 

Hazırladı: Vüqar Əsədov