Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edib
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda növbəti dəfə “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçirilib. Festival-konqres çərçivəsində Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında çap olunmuş dəyərli elmi əsərlərin təqdimatı baş tutub.
Tədbirdə fəxri üzv qismində iştirak edən AR ETN Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayevanın müəllifi olduğu "Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından)" adlı kitabının təqdimatı keçirilib.
Təqdimat mərasimini Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev açaraq qeyd edib ki, Qərbi Azərbaycan mövzusu bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan tərəfindən ziyalılar qarşısında əsas vəzifə kimi qoyulub. Ali Baş Komandanımızın tapşırığı ilə Qarabağın işğaldan azad olunmasını, Qarabağa qayıdışı bizim müzəffər Ordumuz icra edibsə, Qərbi Azərbaycana qayıdışı da alimlər ordusu, yəni bizlər qələmlə, sözlə, fikirlə, tarixlə, ədəbiyyatla təmin etməliyik. Yaxşı haldır ki, 30 il ərzində Qərbi Azərbaycan əsilli alimlərimizin bir hissəsi, hətta Qərbi Azərbaycandan olmayanlar belə Qərbi Azərbaycan mövzusunu həmişə tədqiqatlarında saxlayıblar. Elbrus İsayev diqqətə çatdırıb ki, bu gün işığına toplaşdığımız kitab təqdimatlarının özü də ciddi bir mesajdır.
Professor Səyyarə İbadullayeva çıxışında qeyd edib ki, “Xalq təbabətinin unudulmuş reseptləri (Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmaları yaddaşlarından)" adlı kitabı "Qərbi Azərbaycana qayıdış" konsepsiyasına töhvə olaraq hazırlanıb və əsas məqsəd “Böyük Qayıdış” icmalarına yaşadıqları bölgədə yayılan bitkiləri tanıtmaq, onların istifadə yollarını öyrətməkdir. Kitabda Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağ icmalarının yaddaşında qalan 200-dən çox bitki və bitki yığımlarının müalicəvi təsirləri, onların istifadə üsulları haqqında etnobotaniki sorğular nəticəsində toplanmış məlumatlar və bitkilərin şəkilləri əks olunub. Kitab 2023-cü ildən əhəmiyyətli mənbə kimi öz doğma el-obalarına qayıtmış icmalara təqdim olunur.
Sonda müəllif kitabı haqqında səsləndirilən dəyərli fikirlərə görə öz təşəkkürünü bildirib və məzunu olduğu Naxçıvan Dövlət Universitetində təşkil olunan möhtəşəm tədbiri qürurverici hadisə kimi qiymətləndirib.
“Qərbi Azərbaycana qayıdış” festival-konqresi iştirakçılarin Zəngəzur dəhlizinin əsas nöqtələrindən sayılan Ordubad rayonunun Kotam kəndi ərazisində və Salamməlik stansiyasında dəhliz boyu rəmzi addımlamasi ilə başa catib.































































