Prezidentin köməkçisi: Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur
Yevlax Mədəniyyətinin ilk qadın kamança ifaçısı Hüseynova Sürəyyə Hüseyn qızı ilə görüş təşkil-Foto
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"
1995-ci ildə banda yaratdı, 3 nəfəri öldürdü, quldurluq etdi - 30 il sonra məhkəmədə
İnsanın kriminogen fəallığı onun sosializasiyanın lazımi səviyyədə olmaması ilə bağlıdır-Könül Nəbizadə
Peşə bayramınız mübarək!
Ağ xalat, ağ ümid, ağ işıq, fədakar, şəfakar, qəhrəman, cəsur peşə sahibləri. Nəin ki, cismə, hətta qəlbə, könülə şəfa verənlər. Həyat insanın yaşadığı, mövcud olduğu bir zənginlikdir. Bu zənginliyi yaşadan tarix təkrar olunur və insan mahiyyəti dəyişən və dəyişməyən dəyərlərin həm daşıyıcısı, həm iştirakçısı kimi ortaya çıxır. Bu mənada insan həmişə istedadın, ilhamın, işığın, aydınlığın, eşqin, sevginin, zəkanın, beyin gücünün bəhrəsi olan sağlam bədənə və sağlam ruha ehtiyac duyacaqdır. Həyat varsa, insan varsa, pis də var, yaxşı da, xəstəlik də var, ölüm də. Bütün bunlar insan üçündür. Lakin vaxtsız gələn xəstəliklərdən, tənəzzüllərdən adı ağ ümid olan, ağ libaslı insanlar qurtara bilir. Əsl peşəkarların dəyər qiymətini heç nə əvəz edə bilməz. Biz Sizə güvənirik. Sağlamlığımızı, həyatımızı Sizin şəfakar, fədakar varlığınıza əmanət edirik. Cənnətimiz Azərbaycanın istedadlı, fədakar, şərəfli, ləyaqətli peşə sahiblərinə... Zamanın böyük və ağır yolunda insan sağlamlığına xidmət edən, hər biri öz sahəsinin Peşəkarı.
Peşə və Qurban bayramınız mübarək!
Missiyanızla 100 yaşayın!
Hörmətlə,
Hürü Hacızadə
Yazıçı-publisist
“Siyasət və Gerçək Uğur”
Araşdırmalar Mərkəzinin Komandası
Fərid Faiqoğlu
“Xezertv.info”-nun rəhbəri