Xəbər Lenti
19-10-2026, 21:15
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
18-10-2026, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
18-10-2026, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Paşinyanın Ankara səfəri münasibətlərə necə təsir edəcək? (ŞƏRH)
"Bu səfərdən sonra Ankara, Bakı və İrəvanın bir-birinə yaxınlaşması istiqamətində mühüm addımlar atıla bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Ermənistan baş naziri Nikol Paşinyanın iyunun 20-də Türkiyəyə gözlənilən səfərini şərh edərkən deyib.
"Paşinyan çoxdandır Türkiyəyə səfər etmək arzusundadır. Bu səfər Türkiyə ilə Ermənistan arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində ciddi addım ola bilər. Eyni zamanda, bu səfərlə Azərbaycan, Türkiyə və Ermənistan arasında münasibətlərin bir addım irəli getməsi də gözləniləndir", deyə Əlimusa İbrahimov bildirib.
Həmsöhbətimiz qeyd edib ki, Paşinyan bu səfərlə Ankara vasitəsilə Azərbaycana təsir etmək xülyasına da düşmüş ola bilər:
"Azərbaycan Ermənistan konstitusiyasında dəyişiklik edildiyi və Minsk qrupu ləğv olunduğu təqdirdə sülh müqaviləsini imzalamaqda maraqlıdır. Bu fonda hesab edirəm ki, Paşinyan Azərbaycana təsir etmək üçün Türkiyəni yola gətirməyə çalışır. Düşünür ki, bəlkə Türkiyə vasitəsilə Azərbaycana təsir edib, sülh müqaviləsinin imzalanmasına nail ola bilər".

Ekspert qeyd edib ki, Paşinyanın Türkiyə ilə yaxınlaşmaq cəhdi onun Avropa İttifaqı və Rusiya ilə yaxınlaşmaq cəhdlərinin baş tutmamasından sonra baş verməsi də təsadüfi deyil:
"Həm Aİ, həm də Rusiya Paşinyanın bu çabalarına layiqincə cavab verməyib. Görünən odur ki, bu sahədə Paşinyan hökuməti üçün müəyyən problemlər var. Nə Qərb, nə də Rusiya Ermənistanın gözləntilərini doğrulda bilib. Ona görə də İrəvan Ankaraya müraciət etmək məcburiyyətində qalıb".
Politoloq hesab edir ki, Paşinyanın bu səfəri həm Ankara, həm də Bakı tərəfindən lazımi səviyyədə qiymətləndiriləcək:
"Ərdoğan Bakı ilə İrəvan arasında münasibətlərin inkişafında müsbət addımlar ata bilər. Düşünürəm ki, İrəvan da Türkiyənin bəzi istəklərinin həyata keçməsi üçün müəyyən addımlar atacaq. Zəngəzur dəhlizi məsələsi də masada olacaq. Bu istiqamətdə də müəyyən nailiyyətlərin əldə olunması gözləniləndir. İrəvan Türkiyənin zəmanətini aldıqdan sonra dəhlizin açılmasına razılığını verə bilər. Başqa bir tərəfdən, Paşinyan həmçinin Rusiya ilə münasibətlərin normal məcraya salınması üçün də Ankaranın xidmətindən istifadə edə bilər".
Əlimusa İbrahimov bildirib ki, Paşinyanın bu səfəri 2026-cı il üçün nəzərdə tutulan seçkilərlə bağlı da zəruridir:
"Çünki Türkiyə ilə münasibətlərin yaxşı olması Ermənistanın iqtisadi inkişafına müsbət təsir edə bilər”.
Qeyd edək ki, "24News"un məlumatına görə, Ermənistan baş naziri Nikol Paşinyan Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya səfər edəcək. Səfərin iyunun 20-də reallaşacağı gözlənilir.
Saytın bildirdiyinə görə, görüşdə tərəflər Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərini müzakirə edəcəklər. Həmçinin gündəlikdə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması ilə əlaqədar bir sıra digər məsələlər də yer alacaq.
Rüfət Sultan





















































