Xəbər Lenti
Dünən, 10:49
ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
27-09-2026, 21:05
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
27-09-2026, 15:36
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
26-09-2026, 21:48
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
26-09-2026, 21:43
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
26-09-2026, 21:36
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
26-09-2026, 21:19
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
26-09-2026, 21:01
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
26-09-2026, 20:56
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
26-09-2026, 19:43
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
26-09-2026, 19:22
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
26-09-2026, 16:54
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
1995-ci ildə banda yaratdı, 3 nəfəri öldürdü, quldurluq etdi - 30 il sonra məhkəmədə
Cinayətkar birlik (banda) təşkil edərək Bakının müxtəlif ərazilərində ağır cinayətlər törətməkdə təqsirləndirilən və uzun müddət axtarışda olan Xalid Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, X. Tağıyev 1995-1999-cu illər ərzində cinayətkar birlik (banda) təşkil edərək bandanın digər üzvləri ilə birgə Bakı şəhərinin müxtəlif ərazilərində bir sıra ağır və xüsusilə ağır cinayət əməlləri törədib.
İttihamda qeyd olunub ki, o, 1998-ci il sentyabrın 2-də Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən fərdi yaşayış evinə basqın edərək ev sahibi Məmməd Hacıyevi, həmin ilin sentyabr ayının sonunda Sabunçu rayonu, Bilgəh qəsəbəsində Arif Quliyevi, 1999-cu ilin sentyabr ayının 11-də isə Zahid Vəliyevi öldürüb.
Həmçinin Xalid Tağıyev həmin cinayətkar dəstənin tərkibində oğurluq, quldurluq, nəqliyyat vasitələrini qaçırma, rəsmi sənədləri və möhürləri oğurlama, vəzifəli şəxsin adını özbaşına mənimsəmə, dövlət əmlakını oğurlama, müvafiq icazə olmadan odlu silah və döyüş sursatı əldə etmə, saxlama, gəzdirmə və saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz olaraq keçməyə cəhd etmə hallarında da iştirak etməkdə təqsirləndirilib.
Hakim Səbuhi Hüseynov ondan özünü təqsirli hesab edib-etmədiyini soruşaraq təqsirləndirlən şəxsin diqqətinə çatdırıb ki, cinayət sübuta yetirildiyi təqdirdə Xalid Tağıyevi ömürlük həbs cəzası gözləyir. O, cinayət işi üzrə özünü qismən təqsirli bilib. Xalid Tağıyev deyib ki, o, 3 nəfəri qətlə yetirib. Təqsirləndirlən şəxs digər ittihamlarla razılaşmayıb.
Növbəti proses iyulun 8-nə təyin olunub.
Qeyd edək ki, rəsmi məlumatda Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirləndirilərək barəsində axtarış elan olunan Xalid Tağıyev barəsində Baş Prokurorluğun İstintaq idarəsində araşdırma aparıldığı bildirilib. Onun barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək beynəlxalq axtarış elan edilib.
Xalid Tağıyev bu il fevralın 12-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.
Ona qarşı 2025-ci il aprelin 29-da Azərbaycanın 01.09.2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 70, 94-cü maddəsinin 1, 6, 7, 8-ci bəndləri, eləcə də hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 29, 318.1 və 320.2-ci maddələri ilə yeni ittihamlar irəli sürülüb.























































