Şirvan Regional Elektrik Təchizatı və Satış İdarəsinin rəisi Elnur Həsənov – Peşəkarlıq və məsuliyyət
Xətai Rayon Prokurorluğu tərəfindən özünü “Vüsal-300” adı ilə təqdim edən şəxs saxlanılıb
“Ağ xalatlı mələk” – Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi Gülzar Əliyeva
201 nömrəli məktəbdə şok iddialar: İşdən çıxarılan müəllimlərin etirafları və yeni səs yazıları üzə çıxdı
Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 31E ünvanında gecə saatlarında aparılan qanunsuz tikinti-söküntü işləri əhalinin narazılığına səbəb olub
Bu gün hamımızın sevimlisi, AYB və AJB-nin üzvü, "Ulusestv.az" xəbər portalının rəhbəri Şamil Cəfərovun doğum günüdür
Suraxanı rayonu Bakıxanov qəsəbəsi 105 saylı körpələr evi-uşaq bağçasının müdiri Arzu Talıbova – Dövlətin təhsilə diqqət və qayğısı
Qaradağ rayonu Lökbatan qəsəbəsi Vüqar Əsədov adına körpələr evi-uşaq bağçasının müdiri Əsli Alıyeva – “ Uşaqlara qayğının təməlində sevgi dayanır”
“Özü cavab vermədi, müavini də rəisini çox az gördüyünü dedi” - Yenilənib
“Məlumdur ki, təkcə Bakıda 500 mindən çox sənədsiz ev var, digər regionlarımızda da çoxdur. Sənədsiz evlər təbii ki, sığortalana da bilmirlər. Ötən ilin payızında subasma nəticəsində Sabunçu rayonunun Sabunçu qəsəbəsində çox sayda mənzillərə, yaşayış sahələrinə zərər dəydi”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Arzuxan Əlizadə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bildirib.
Millət vəkilinin sözlərinə görə, həmin vaxt təxminən 30-dan artıq zərərçəkmişin mənzilində olub: “Məlum oldu ki, onların heç birinin sənədi yoxdur. Evlərdəki məişət əşyaları da sıradan çıxmışdı. Məsələ odur ki, evlər neftli sahədə yerləşdiyinə görə, problem təkcə subasma deyildi. Neftli suyun həmin evlərə dolması ilə acınacaqlı vəziyyət yaranmışdı. Nəticə etibarilə həmin vətəndaşlara dəstək olmaq imkanlarından məhrumuq, çünki evlərin sənədi yoxdur.
Mən həmin vaxt “Balaxanıneft”in rəhbəri ilə əlaqə saxlamağa çalışsam da, təəssüf ki, nə zənglərimizə, nə mesajlarımıza cavab verildi. Müavini ilə danışdım, bildirdi ki, mən öz rəisimi çox az görürəm. Belə bir acınacaqlı durum yarandı. Qrunt sularının axdığı kanalların üzərində evlər tikilib. Həmin kanalların təmizlənməsi lazım idi. “Balaxanıneft”in rəhbərliyi bu məsələyə tam diqqətsiz yanaşdı, o insanlar da çarəsiz vəziyyətdə qaldılar”.
***
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov həmkarının fikirlərinə münasibət bildirib. O qeyd edib ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı Prezidentin göstərişi olub, burada obyektiv və subyektiv səbəblər var: “Hazırda sənədsiz evlərin obyektiv səbəblərindən biri odur ki, bu evlərin bir çoxu kənd təsərrüfatlı təyinatlı torpaqlarda tikilib.
Təbii ki, bundan ən çox ziyan çəkən bələdiyyələrdir. Çünki onlar bələdiyyələrə, əmlak, torpaq vergisi vermirlər və bələdiyyələrin büdcəsinin formalaşmasında rol oynamırlar. Bu torpaqlarda tikilən evlərin sənədləşdirilməsi üçün torpağın kateqoriyası dəyişməlidir. Amma bunun üçün 5-6 nazirlikdən icazə alınmalıdır. Bu, çox uzun prosesdir.
Digər tərəfdən bu evlərin bir hissəsi neft ərazisində tikilib və bu ərazilər SOCAR-a aiddir. SOCAR gərək bunlar üçün xüsusi məktub versin ki, bunun əsasında sakinlər öz evlərini sənədləşdirsinlər. Digərləri var ki, evlərini yüksək qaz xəttlərinin altında, dəmiryolu kənarında tikiblər. Torpaqların kateqoriyaları dəyişməlidir, yenilənməlidir. Artıq sənədsiz evdə yaşayanları qeydiyyatdan da çıxarırlar.
Nuranə Daxilqızı