Menu
Xəbər Lenti
09 İyun 2025 15:25Manşet / Cəmiyyət

İş adamı Səfər Əlirzayev Babək rayonunun, Şıxmahmud kəndi Şəhidlər Memorial Abidə Kompleksini ziyarət edib

Tarix yaddaşı unudanları bağışlamır. Xüsusilə də, Vətən yolunda canından keçmiş şəhidlərin xatirəsi hər zaman xalqın yaddaşında uca tutulmalıdır. Bu amal və bu vicdan borcu ilə yaşayan hər bir vətənpərvər insan kimi, tanınmış iş adamı Səfər Əlirzayev də Naxçıvana səfəri çərçivəsində Babək rayonunun Şıxmahmud kəndində yerləşən Şəhidlər Memorial Abidə Kompleksini ziyarət edib. Bu ziyarət təkcə bir anım deyildi – bu həm də xalqın, millətin şəhidlərinə səcdəsi, bir Vətən oğlunun xalqı ilə bölüşdüyü dərin duyğular idi.
Ziyarət zamanı şəhidlərin xatirəsi qarşısında baş əyən Səfər Əlirzayev çıxış edərək Azərbaycan xalqının azad və sərbəst yaşamasının, bu torpaqlarda rahat nəfəs almasının tək səbəbinin – şəhidlərimizin fədakarlığı olduğunu vurğulayıb. Onun səmimi və qəlbdən gələn sözləri orada iştirak edən hər kəsi duyğulandırıb:
“Bu gün biz azad şəkildə, sərbəst şəkildə öz elimizdə, obamızda yaşayırıqsa, bunun səbəbi Vətən torpağını canından artıq düşünən oğullar sayəsindədir. Biz hər birimiz və hər zaman şəhidlərimizə, oğulsuz qalan analarımıza, atasız qalan balalarımıza, qardaşsız və yoldaşsız qalan qız gəlinlərimizə borcluyuq! Bizlər onların haqqını heç bir zaman ödəyə bilmərik! Allah şəhidlərimizə rəhmət eləsin!”
Bu fikirlər təkcə bir çıxışın deyil, həm də bir millət oğlunun şəhidlərə qarşı daşıdığı qəlb borcunun ifadəsi idi. Səfər Əlirzayevin çıxışında əksini tapan “biz onların haqqını heç bir zaman ödəyə bilmərik” fikri, şəhidliyin müqəddəsliyini və onun qarşısında hər kəsin məsuliyyətini ifadə edən ən dəyərli mesajlardan biridir.
Şıxmahmud kəndində yerləşən Şəhidlər Memorial Abidə Kompleksi bölgənin azadlığı uğrunda canını fəda edən qəhrəman övladların əbədiləşmiş ruh abidəsidir. Bu abidə həm də gələcək nəsillərə bir vəsiyyət, bir tarix dərsidir. Belə yerləri ziyarət etmək, orada dua etmək və şəhidlərin ailələrinə dəstək olmaq isə hər bir vətəndaşın borcudur. İş adamı kimi tanınsa da, Səfər Əlirzayev bu davranışı ilə bir daha sübut etdi ki, vətənpərvərlik sadəcə vəzifə deyil, qəlb işidir.
Onun şəhid analarına, atasız böyüyən balalara, ailə üzvlərini itirmiş qız-gəlinlərə olan duyğusal yanaşması bu cür ziyarətlərin mahiyyətini daha da mənalandırır. Azərbaycan xalqı şəhidlərini unutmadığı müddətcə bu torpaqlar daim müqəddəs və qalib olacaq.
Səfər Əlirzayevin bu səfəri, sadəcə ziyarət olaraq yadda qalmır – bu, həm də şəhid ruhlarına, onların ailələrinə yönəlmiş dərin bir sayğının, milli yaddaşa verilmiş bir töhfənin simvoludur. O, bu səfəri ilə cəmiyyətə bir nümunə göstərmiş oldu: iş adamı olmaq, uğurlu insan olmaqla yanaşı, eyni zamanda millətin ağrılarını da bölüşmək, şəhidlərin müqəddəs ruhunu daim yad etmək hər birimizin borcudur.
Bugünkü azadlığımızın hər addımı şəhidlərin müqəddəs qanı ilə sulanıb. O qan, o fədakarlıq unudulmadıqca, Azərbaycan yüksələcək, güclənəcək və daha da qüdrətlənəcək.
Ruhları qarşısında baş əyirik! Allah şəhidlərimizə rəhmət eləsin!