Xəbər Lenti
30-10-2026, 12:03
Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
28-10-2026, 17:03
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
28-10-2026, 14:58
Oqtay Mustafayev – sahibkarlıq fəaliyyəti, dövlətçilik mövqeyi və xeyirxahlıq nümunəsi
Fərhad Əhmədov Göyçayda Şəhidlər Xiyabanını ziyarət etdi
Məşhur azərbaycanlı milyarder Fərhad Əhmədov Göyçayda Şəhidlər Xiyabanını ziyarət edib.
İş adamı ötən gün doğulduğu Göyçay rayonunda Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirib. Görüş zamanı 44 günlük savaşın qəhrəmanlarını - şəhidləri də unutmayan F.Əhmədov onların məzarı üzərinə gül dəstələri qoyub, ehtiramını bildirib.
Vətən Müharibəsi iştirakçıları ilə söhbət edən iş adamı sonda əsgərlərlə xatirə fotosu da çəkdirib.
Qeyd edək ki, Fərhad Əhmədov Vətən Müharibəsi dövründə də əsgərləri diqqətdə saxlayıb. Belə ki, o, müharibə dönəmində "Qarabağ müharibəsinin sonunadək hər əsgərə bir bağlama!" kampaniyasına başlayıb. İş adamı müharibədə yaralanan əsgərlərimizin müalicə aldığı hospitallara da yardımlar göstərib.























































