Menu
Xəbər Lenti
12 İyun 2025 13:25Manşet / Gündəm

Cəlilabad rayon dövlət yol polisi rüşvət burulğanında? İDDİA/FAKT

 

“Xezertv.info”-ya daxil olan vətəndaşın şikayət ərizəsində qeyd edilir ki, Cəlilabad rayon dövlət yol polisi əməkdaşı 09.05.2025-ci il tarixdə vətəndaşın idarə etdiyi yük avtomobilini saxlayaraq 50 manat rüşvət tələb etmişdir. Vətəndaş ona deyiləni təkid etdikdə inspektor (özünü Rauf kimi təqdim edən, DYP çağırışı 575) ona protokol tərtib etmişdir.

Söhbət 575 nömrəli DYP-nin xidməti avtomobilini idarə edən, özünü Rauf kimi qələmə verən polis əməkdaşından gedir ki, ərizə ilə bizə müraciət edən vətəndaş həmin anın  foto şəkillərini də təqdim etdi. İnanırıq ki, bu məsələ hüquq müstəvisində öz əksini tapacaq.

Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.

 

Nail Adıgözəlov

İcraçı direktor