Xəbər Lenti
31-08-2026, 15:27
31 AVQUST 2026 — İSMAYIL ZALOVDAN BAŞ PROKURORLUĞUN FƏALİYYƏTİNƏ YÜKSƏK QİYMƏT: ƏDALƏT, ŞƏFFAFLIQ VƏ VƏTƏNDAŞA DİQQƏT
30-08-2026, 17:10
İSMAYIL ZALOV: AZƏRBAYCANDA SÖZ AZADLIĞI, DEMOKRATİYA VƏ İNSAN HÜQUQLARININ QORUNMASI DÖVLƏT SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİNDƏN BİRİDİR
29-08-2026, 14:00
“Qızıl ixracının hasilatdan çox olması ölkənin vasitəçi kimi istifadəsinə sübut deyil”
27-08-2026, 15:33
Fərid Ərşadlı – Sumqayıtın müasir şəhərsalma simasına yeni nəfəs gətirən baş memar
"Qarabağ", "Sabah" və "Sumqayıt"ın rəqibləri bəlli olacaq
Bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkü atılacaq.
Qaynarinfo az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olacaq.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Ağdam klubu püşkatmada səpələnmişlər səbətində yer alacaq. Qurban Qurbanovun komandasının mümkün rəqibləri arasında 11 cütlük və "Yagelloniya" (Polşa) klubu var.
"Qarabağ"ın potensial rəqibləri
"Yegelloniya" (Polşa)
"Çele” (Sloveniya) – "Flora" (Estoniya)
FCSB (Rumıniya) – "Virtus" (San Marino)
"Differdanj” (Lüksemburq) – "Klavsik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya) - "Vikinqur" (İslandiya)
"Linkoln" (Cəbəllütariq) - "Hamrun Spartans" (Malta)
TNS ( Uels) - "Deçiç" (Monteneqro)
"Pyunik" (Ermənistan) - "Dinamo" (Minsk, Belarus)
RFS (Latviya) - "Larne" (Şimali İrlandiya)
"Petrokub" (Rumıniya) - "Ordabası" (Qazaxıstan)
"Balkan" (Kosovo) - "Santa Koloma" (Andorra)
"Borac" (Bosniya və Herseqovina) - "Eqnatiya" (Albaniya).
Qeyd edək ki, UEFA Azərbaycan və Ermənistan klublarını bir-birindən ayırır və buna görə də "Qarabağ" "Punik" (Ermənistan) "Dinamo" (Belarus) cütünə rəqib olmayacaq. Çempionlar Liqasında ikinci mərhələnin matçları 23/24 iyul - 30/31 iyulda keçiriləcək.
UEFA Konfrans Liqasında təmsil edəcək "Sabah" və "Sumqayıt" klublarının da rəqibləri bu gün bəlli olacaq.
II təsnifat mərhələsindən mübarizəyə başlayacaq təmsilçilərimizin rəqibləri İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmanın nəticəsindən sonra müəyyənləşəcək. Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, UEFA-nın təlimatına əsasən Azərbaycan və Ermənistan klubları təsnifat mərhələsinin görüşlərində üz-üz gələ bilməz.























































