Xəbər Lenti
Dünən, 11:08
Xətai rayonunda "mygov" platformasının təşfiqinə dair maarifləndirmə tədbirləri davam edir
4-11-2026, 11:21
Gecə saat 2-də marketi ağır texnika ilə dağıtdılar – Ordubadlı sahibkar nazirə üz tutdu!
4-11-2026, 11:06
Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
3-11-2026, 16:04
İSMAYIL ZALOVDAN SƏBİNƏ ƏLİYEVAYA TƏBRİK: İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ SAHƏSİNDƏ ETİMAD VƏ MƏSULİYYƏTİN YENİ MƏRHƏLƏSİ!
3-11-2026, 09:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
2-11-2026, 10:49
Batmanlı kürd iş qadını Muazzez Baktaş: “Regional təcrübədən beynəlxalq investisiya baxışına”
08 Dekabr 2022 02:47İdman
U-17 və U-19 komandalarımızın rəqibləri məlum olub
On yeddi və 19 yaşadək qız futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatlarının 2022/2023-cü il mövsümün ikinci mərhələsinin püşkü atılıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında müvafiq yaş qrupundan ibarət Azərbaycan milli komandalarının mübarizə aparacaq qrupları müəyyənləşib.
On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan millisi B Liqasında Bosniya və Herseqovina, Qazaxıstan və Monteneqro yığmaları ilə birlikdə ikinci qrupda mübarizə aparacaq. Bu qrupun oyunları gələn il martın 22-də, 25-də və 28-də Bosniya və Herseqovinada təşkil olunacaq.
B Liqasında qərarlaşan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi isə üç komandalı 5-ci qrupda mübarizə aparacaq. U-19 A Liqasına vəsiqə qazanmaq uğrunda Slovakiya və Monteneqro yığmaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları gələn il aprelin 5-də, 8-də və 11-də Slovakiyada keçiriləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin