Səfirliyin tədbirində Rəşad Nəbiyevin iştirakı - Diplomatiyada qarşılıqlıq prinsipinin təzahürüdür
VƏTƏNDAŞ MƏMNUNLUĞU, HÜQUQA HÖRMƏT VƏ ƏDALƏTƏ ETİMAD — İSMAYIL ZALOVDAN MƏHKƏMƏ-HÜQUQ ŞURASININ FƏALİYYƏTİNƏ MÜSBƏT DƏYƏRLƏNDİRMƏ
“Qarabağ”a Çempionlar Liqasında növbəti potensial rəqiblər
Azərbaycan çempionu “Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasının I təsnifat mərhələsi üçün növbəti potensial rəqibləri bəlli olub. “Qafqazinfo” xəbər verir ki, daha 4 komanda Ağdam təmsilçisinə rəqib ola bilər.
Bunlar Gürcüstan “Dinamo”su (Batumi), Şimali Makedoniya “Struqa”sı, Lüksembuq “Differdanj” və Monteneqro “Deçiç”idi. Ölkələrinin çempionu olan adıçəkilən komandaların püşkatma zamanı səpələnməmişlərdə yer alacağı dəqiqləşib. Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabasi”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk), Sloveniyanın “Selye”, Maltanın “Hamrun”, Şimali İrlandiyanın “Larne” və Andorranın “UE Santa Koloma” kollektivlərinin zəiflər sırasında qərarlaşacağı məlum idi.
“Ballkani”nin (Kosovo) səbəti isə qeyri-müəyyəndi.
Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.























































