DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
“Dəmir Yumruq” Alfa A cəmiyyətinin yaradıcısı və təsisçisi Ülviyyə xanım Əsədovanın kitab təqdimatı və ad günü qeyd olundu
Salam əziz oxucular,
08.06.2024-cü il tarixində “Dəmir Yumruq” Alfa A cəmiyyətinin yaradıcısı və təsisçisi Ülviyyə xanım Əsədovanın “Al Saray” restoranında ad günü qeyd olundu. Tədbirdə ilk öncə Vətən uğrunda canından keçən Şəhidlərimizin xatirəsi sükutla yad olundu. Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Tədbirin aparıcısı Səbinə xanım tədbiri açıq elan etdikdən sonra ilk sözü gözəl günün səbəbkarı Ülviyyə xanıma verdi.
Ülviyyə xanım tədbirə gələn Şəhid analarını, Şəhid atalarını, qaziləri və dəyərli qonaqları salamladıqdan sonra dünyadan nakam köçən həyat yoldaşı və qardaşından söhbət açdı. Kövrək notlara toxunan Ülviyyə xanım, “Sizlər mənim əzizlərimsiniz, yaxşı ki, varsınız. Bu günüm də belə məni tək qoymadınız,” dedi. Həqiqətən də, ora gələn qonaqlar Ülviyyə xanımın bu yolda nə qədər əziyyət çəkdiyini yaxşı bilirdi. Ülviyyə xanımın çıxışından sonra vətənpərvər müğənni Nurlan Ordubadlı səhnəyə dəvət alaraq “Yaşa Azərbaycan” ifasını səsləndirdi. Sonra isə Fərid Kərimli çıxış üçün səhnəyə dəvət olundu və bir neçə vətənpərvərlik mahnıları ifa etdi.
Çıxışlardan sonra Səbinə xanımla Ülviyyə xanım birgə Şəhid ailələri ilə həm söhbət oldular və onların dərdlərinə şərik oldular. Qazilər çıxış nitqi ilə çıxış edərək Ülviyyə xanımı təbrik etdilər. Ad günü ilə yanaşı, Ülviyyə xanım yeni çapdan çıxmış “Torpağına Qurbanam” kitabını təqdim etdi. Kitab xeyriyyə məqsədi ilə çap olunub. Bununla yanaşı, jurnal buraxılışı ilə də tanış oldular. Ad gününə gələn qonaqlar jurnalın adı da kitabın adı ilə eynidir: “Vətən haqqı”.
Ülviyyə xanımı təbrik edənlər sırasında araşdırmaçı jurnalist Mətanət Akif qızı da vardı. Mətanət xanım 15 ilə yaxındır ki, tam təmənnasız şəkildə Şəhid və qazi ailələrinə diqqət və qayğı göstərir və onların problemlərini daim diqqətdə saxlayır.
Ad günündə Ülviyyə xanımı yalnız buraxmayan Dəmir Yumruq ailəsinə öz dərin minnətdarlığımı bildirirəm: Professor Ziyadxan müəllimə, Rasafil müəllimə, Anar bəyə, Asim bəyə, Arif bəyə, Mənsur bəyə, Nuranə xanıma, Mətanət xanıma, Aysel xanıma, Samir bəyə, bəstəkar Yaqut Almaza. Eyni zamanda, Ülviyyə xanımın ailəsinə, qızına, gəlinlərinə, nəvələrinə təşəkkür edirəm. Bu birlik onu göstərdi ki, Ülviyyə xanım tək deyil. Bütün Azərbaycan Ülviyyə xanımı sevir, başda Şəhid ailələri və qazilər olmaqla.
Həmçinin Ad günündə Yazarlar jurnalistlər iştirak edirdi Ata tv-nin rəhbəri Rəsafil Müəllim, Tədbirdə Xeyriyyəçi Şükufə Qarabağlı da iştirak edirdi
Tədbirin rəsmi yeri bitdikdən sonra Şəhid ailələri qazilər getdikdən sonra tədbir musiqili və əyləncəli hissəyə keçid aldı gözəl rəqslərlə ad gününə xüsusi rəng qatdıq
Sonda “Dəmir Yumruq” Alfa A cəmiyyətinə gələcək fəaliyyətində uğurlar arzulayıram.
Böyük ehtiramla,
Gənc şair Elmar Sahib