Menu
Xəbər Lenti
COP 29-da Qadın Həmrəyliyi
23-11-2024, 16:53

COP 29-da Qadın Həmrəyliyi

COP-29
20-11-2024, 16:08

COP-29

09 Haz 13:02Manşet / Gündəm

Unudulmaz və dadlı ləzzət Halal Zəhmət kolbasaları

 

“Ay-Min” MMC ət və ət məhsullarının illərin inkişaf yolu – keyfiyyətli məhsul, məmnun müştəri

 

Həyatda şərəf və şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir!

Ulu Öndər Heydər Əliyev

 

Səndən hərəkət, keyfiyyət bir müştəri olaraq məndən halallıq və daimi qarşılılıq. Bu gün bütün dünya bu standartla işləyir. Keyfiyyətli məhsulun qarşılığı olaraq daimi və məmnun müştəri qazanmaq prinsipi ilə. Bu istehsalın ən ümdə devizi və letmotivi olmalıdır. Belə olmasaydı nəsildən-nəsilə keçən brend markaları yaranmaz, ömürləri qısa və unudulan olardı. Bu gün vətənimiz Azərbaycan hər sadə olduğu kimi sahibkarlıq sferasında da böyük inkişaf və intibah dövrünü yaşayır. Biz hər sahədə olduğu kimi sahibkarlıq sahəsində də dünyaya meydan oxumağı bacaran dövlət olduğumuzu sübut etməyə bacardıq. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan kiçik və böyük sahibkarlıq bir məqsəd və mərama xidmət etməyə başladı. Səriştən var, özünə güvənin necə? Varsa buyur gəl, yol və yer sənindi. Hər bir başlanan işin mayasında halallıq və sevgi dayanarsa həmin işin sonu işıqlı, ömrü uzun olar.  


İslami, dini inancı olan bir dövlət olaraq kolabasa, sosis istehsalı Azərbaycan üçün birmənalı qəbul olunmur. Bu istehsal sahəsi həm böyük məsuliyyət, həm də böyük incəlik tələb edir. Halallıq istehsalın aparıcı xəttinə çevrilməlidi. Azərbaycanda brendə çevrilən bir neçə ət və ət məhsulları istehsalı sənayesi var ki, onlardan birincisi “Ay-Min” MMC-dir. Fəaliyyətə başlayan, mövcudluğunun bir neçə ilini qeyd edən bu şirkət bu gün özünün rəqabət meydanında dayanıqlılığının əsas səbəbi olaraq halallıqdan götürdüyü startı bu günə qədər əzmlə davam etdirir. “Ay-Min” MMC markası ilə müştərilərinin ağız dadını tutan ət və ət məhsulları bu gün ancaq ciblərini doldurmaqla məşğul olan müəmmalı şəraitlərdə “halal” adı ilə bazara çıxarılan keyfiyyətsiz məhsulların qarşısını almaqda böyük inqilab etdi. Dünyanın ən böyük milyonçularından öz zəhməti ilə, bu milyonların sahibinə çevrilən, ən çox hörmət etdiyimiz Franklin təəbirincə desək “Rahat yatmaq istəyirsənsə, yatağa təmiz vicdanla uzan” sözü müvəffəqiyyətli iş adamlarının loqosuna çevrilməlidi...


Ərazisi kiçik, xarakteri böyük olan məmləkətimizdə yaxşının da, pisin də öz adı var. Xalqın dilindən pafos, təmtəraqlı sözlər işlədilmir. Xalq öz ehtiramını bir kəlmə ilə “Yaxşı insan, etirazını pis adam” ifadəsi ilə bildirir. Şirkətin təsisçisi Kamran Abbasov belələrindəndir. Yaxşı insan, xalqın etibarlı adamı olmağı bacardı. Özünün əqidəsi, əzmi, zəhmətkeşliyi, vicdanlılığı, mərhəməti, səxavəti, peşəkarlığı və savadı ilə. İlk növbədə onun rəhbərliyi ilə fəaliyyət göstərən “Ay-Min” MMC-nin məhsullarının 7-dən 77-yə böyük ləzzətlə, könül rahatlığı ilə alınıb rahatlıqla qida məhsulu olaraq qəbul olunmasıdı. Kolbasa, sosis ət məhsulları elə  bir qida növüdür ki, bu məhsula hər kəsin meyli çəkir. Hamı bu məhsula tələbatlıdı. Bu meyldir, bir damaq dadıdır. Ən böyük həqiqət düzlükdür. Hər işdə düzlük axtaranların vicdanı rahat olar. İnsaf imanın təməlidi. Vicdan isə böyük işlərin yol bələdçisi. Bu böyük yola çıxmış bir şirkətin kredosu, vicdanı, halallığı əsas vəzifə meyarı görərək, bundan sonra da xalqını yeni-yeni kolbasa, sosis məhsulları ilə sevindirməkdən ibarətdir.


Kamran Abbasov fəaliyyətini bu xətdən başlayıb və əldə etdiklərini də bu yoluna borcludu. Bu yolda Sizə böyük uğurlar və geniş müştəri məmnunluğu, xeyir-duası arzusu ilə...