VİCDAN VƏ İMAN - ETİBARLI OLMAĞIN TƏK ÜNVANI
“Azgranata” MMC məhsullarının 13 illik inkişaf yolu – keyfiyyətli məhsul, məmnun müştəri
Həyatda şərəf və şərəfsizliyi, şəxsi rifahla ictimai borcu, tamahkarlıqla vicdanlılığı hər kəs özü seçir!
Ulu Öndər Heydər Əliyev
Səndən hərəkət, keyfiyyət bir müştəri olaraq məndən halallıq və daimi qarşılılıq. Bu gün bütün dünya bu standartlarla işləyir. Keyfiyyətli məhsulun qarşılığı olaraq daimi və məmnun müştəri qazanmaq prinsipi ilə. Bu istehsalın ən ümdə devizi və leytmotivi olmalıdır. Belə olmasaydı nəsildən-nəslə keçən brend markaları yaranmaz, ömürləri qısa və unudulan olardı. Bu gün vətənimiz Azərbaycan hər sadə olduğu kimi sahibkarlıq sferasında da böyük inkişaf və intibah dövrünü yaşayır. Biz hər sahədə olduğu kimi sahibkarlıq sahəsində də dünyaya meydan oxumağı bacaran dövlət olduğumuzu sübut etməyə bacardıq. Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan kiçik və böyük sahibkarlıq bir məqsəd və mərama xidmət etməyə başladı. Səriştən var, özünə güvənin necə? Varsa buyur gəl, yol və yer sənindi. Hər bir başlanan işin mayasında halallıq və sevgi dayanarsa həmin işin sonu işıqlı, ömrü uzun olar.
Demokratik müstəqil bir dövlət olaraq bu gün bacarığı və savadı olan hər kəsə yaşıl işıqdır. Niyyətin hara mənzilin də ora... Böyük arzuların böyük vüsəti və geniş üfüqləri olur. Böyük arzuların böyük məqsəd və məram insanları olur. Özünəgüvən hər bir müvəffəqiyyətin və uğurun nüvəsidir. Azərbaycan reallığında bu gün öz pik nöqtəsini yaşayan, sözügedən uğurun ən böyük əməli nümunəsi və nəticəsi olaraq 2011-ci ildə fəaliyyətə başlayan “Azgranata” MMC cənubi Qafqazın ən böyük alkaqollu və alkaqolsuz içkilər istehsalçılarından biri olaraq uğurunun 13-cü ildönümünü qeyd edir. Bu istehsal sahəsi həm böyük məsuliyyət, həm də böyük incəlik tələb edir. Halallıq istehsalın aparıcı xəttinə çevrilməlidi. Keyfiyyət öz yerini kəmiyyətə qurban verərsə onda heç bir uğurdan və nailiyyətdən söhbət gedə bilməz. Məhz Azərbaycanda brendə çevrilən “Azgranata” MMC-nin istehsal etdiyi növbənöv məhsullar nəinki vətəndə, hətta dünyanın müxtəlif ölkələrində yüksək tələbatla istifadə olunur. Keyfiyyətli məhsul, sadiq müştəri prinsipi “Azgranata” MMC-nin əsas meyar və hədəflərindən biridir. 2011-ci ildən fəaliyyətə başlayan, mövcudluğunun 13 ilini qeyd edən bu şirkət bu gün özünün rəqabət meydanında dayanıqlılığının əsas səbəbi olaraq halallıqdan götürdüyü startı bu günə qədər əzmlə davam etdirir. “Azgranata” markası “Made in Azerbaijan” loqosunun dünyada tanıdılması istiqamətində bir sıra uğurlara imza atmışdır. “Azgranata” MMC Azərbaycan xalqının çoxəsrlik şərabçılıq ənənələrini öyrənərək, müasir dövr texnologiyaları ilə dünya bazarında rəqabətə davamlı yerli brendini yaratdı.
Zəruri giriş: “AZGRANATA” MMC-nin üzüm bağları – Azərbaycanın qədimüzümçülük və şərabçılıq ənənələrinin müasir davamçısı olaraq...
2006-cı ildən Şamaxı rayonunun ərazisi olan Böyük Qafqaz sıra dağlarının Adnalı yaylasında dəmyə torpaqlarda dəniz səviyyəsindən 600-700 metr hündürlükdə üzüm bağlarının salınmasına başlanılıb. Texniki həmçinin süfrə üzüm sortlarının əkildiyi 414 hektar sahədə salınmış bağlarda şərabçılıq tarixində öz yeri olan yerli və xarici üzüm sortları yetişdirilir.
Üzüm bağlarında süfrə üzüm sortlarından Sultanina, Prima, Ora, Kardinal, Alfons Lavalye, Centenial seedless, Crimson seedless, Thompson seedless, Red Globe.
Texniki üzüm sortlarından isə Mədrəsə, Bayanşirə, Saperavi, Rkasiteli, Muskat, Merlot, Cabernet Franc, Cabernet Sauvignon, Risling, Şiraz, Glera, Chardonnay üzüm sortları mövcuddur.
Qədim ənənələrə sadiqlik rəmzi olaraq nar bağları...
Meyvələrdən üç meyvə var, üçüdə bala, yeməli. Biri alma, biri heyva, biri nar. Alma sənin, heyva da sənin. Nar mənim, bala, nar mənim...
“AZGRANATA” MMC-nin nar bağlarının salınmasına da 2006-cı ildən başlanılıb. Ağsu rayonunun Hacıqədirli və Qaravəlli kəndlərində salınmış nar bağları hal-hazırda ümumilikdə 350 hektara yaxın sahəni əhatə edir. Nar bağlarında Azərbaycan Gülövşəsi, Çəhrayı Gülövşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl və Qırmızı mələz sortları aqrotexniki qaydalara uyğun olaraq yetişdirilir. Nar bağlarının bir hissəsi orqanikdir.
“AZGRANATA” MMC-də meyvə bağları, meyvə istehsalı, əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir.
Hədəf və Missiyamız:
“AZGRANATA” MMC yarandığı gündən Azərbaycanda üzümçülük və narçılıq sahəsində gördüyü işlərlə ölkə iqtisadiyyatında kənd təsərrüfatının həcminin artmasına, qeyri-neft sektorunun inkişafına töhfəsini verib. Həmçinin istər meyvə şirələri, istərsə də şərabları ilə “Made in Azerbaijan” loqosunun dünyada tanıdılması istiqamətində bir sıra uğurlara imza atıb.
“AZGRANATA” MMC Azərbaycan xalqının çoxəsrlik şərabçılıq ənənələrini öyrənərək, müasir dövr texnologiyaları ilə dünya bazarında rəqabətə davamlı yerli brendini yaratdı.
Alkoqolsuz içkilərin istehsalı sektoru:
Burada saatda 20 ton meyvənin emal edilməsi üçün nəzərdə tutulan istehsal kompleksi, 8000 ədəd 1 litrlik tetrapak, 9000 ədəd 200 ml tetrapak, 4000 ədəd 1 litrlik şüşə və 4000 ədəd 1 litrlik kompot istehsal edilməsi üçün nəzərdə tutulub və bütün zəruri avadanlıqlarla təchiz olunub. Əlavə olaraq müəssisəmizdə saatda 8000 ədəd 1 litrlik, 8000 ədəd 500 ml limonad istehsal edilməsi üçün zəruri işlərə başlanmışdır.
Meyvələrin qəbulu və ilkin emalı bölümü: bura çəyirdəkli, çəyirdəksiz və tumlu meyvələrin emalı texnologiyaları daxildir.
Nar tumunun qurudulması bölümü: bura Türkiyə istehsalı olan fırçalama, təbii qazla təchiz olunmuş meyvə və tum qurutma, çeşidləyici ələk, qablaşdırma (800 kiloqramlıq kisə) avadanlıqları daxildir. Əldə edilən məhsul kosmetik vasitələrin hazırlanması və dərman preparatlarının hazırlanması üçün müxtəlif ölkələrə ixrac olunur.
Aseptik saxlanma bölümü: bura qısa müddətli yüksək tempraturlu pasterizator, aseptik saxlanma çənləri (56 ədəd, hər biri 50 ton, cəmi 2800 ton) daxildir
Narşərab hazırlanması bölümü: bura evaporasiya qurğusu və qablaşdırma qurğusu daxildir.
Xammal emalı bölümü: bura çeşidləşdirici çənlər, qarışdırıcılar və sirop hazırlanması üçün lazımi avadanlıqlar daxildir
Limonad istehsalı bölümü: bura 1 litrlik, 2 litrlik, 700ml və 500 ml (Şüşə və Plastik qablaşmada) limonad dolum və qablaşdırılması üçün nəzərdə tutulmuş istehsal xətti daxildir.
Tetrapak proses, dolum və qablaşdırma bölümü: bura sterilizasiya, posterizasiya, homogenləşdirici qurğu, 1 litrlik və 200 ml olmaqla 2 ədəd istehsal xətti daxildir
Şüşə dolum və qablaşdırma bölümü: bura posterizasiya, homogenləşdirici qurğu, 1 litrlik və 200 ml olmaqla 1 ədəd istehsal xətti daxildir
Kompot istehsalı bölümü: bura meyvələrin yuyulması, çeşidlənməsi, təmizlənməsi və 1 ədəd istehsal xətti daxildir.(Qeyri mövsüm vaxtı isə 1 litrlik və 200 ml şirələr istehsal olunur)
Yarımfabrikatın hazırlanması və qablaşdırılması bölümü: bura evoparasiya qurğusu, ultra filtr və 250 kiloqramlıq çəlləklər üçün nəzərdə tutulmuş aseptik dolum avadanlıqları daxildir.
Köməkçi sahələr: bura soyuducu qurğular, saatda 55 ton suyun 3 mərhələli təmizlənmə sistemi, havalandırma sistemi və texniki xidmət bölümü daxildir.
İstehsal sahəsində istehsal edilən məhsulların keyfiyyətinə nəzarət üçün laboratoriyanın nəzdində laborant otağı fəaliyyət göstərir.
Alkoqollu içkilərin istehsalı sektoru:
Burada üzüm qəbulu və ilkin emal xətti, distillə bölümü, şərab və digər spirtli içkilərin hazırlanma, saxlanama və süzmə bölümləri fəaliyyət göstərir. Şərab süzmə xətti saatda 6000 ədəd şüşə, tünd içkilər üçün nəzərdə tutulmuş xətt isə saatda 4000 ədəd şüşə istehsal edir.
Müəssisədə möhtəşəm dequstasiya zalı zövqlə dizayn edilib. Hətta burada kiçik bir şərabçılıq muzeyi də yaradılıb. Muzeydə şərabçılığa aid bir çox qədim eksponatlar, müxtəlif illərə aid şərablar, şərabçılığa aid kitablar yer alır.
Müəssisənin Alkoqollu içkilər sektorunda istehsal edilən məhsul çeşidləri bunlardır:
Süfrə şərabları və xüsusi şərablar, oynaq şərablar, meyvə şərabları, konyaklar, meyvə araqları, viskilər, vodkalar, xüsusi vodkalar.
Zavodda şərabların saxlanılması üçün istifadə olunan çəlləklər Cənubi-qərbi Avropa, Şərqi Avropa və Amerika palıdlarından hazırlanır. Çəllək hazırlamaq üçün palıdın çoxillik oduncaq hissəsi tətbiq olunur. AZGRANATA bu çəlləkləri Fransanın və İtaliyanın qədim və məşhur şirkətlərindən əldə edir.
Şərab tıxaclarının hazırlanmasında isə Aralıq dənizi ölkələrində bitən mantar palıddan istifadə olunur. Tıxac təmizlənir və 6-24 ay ərzində sakit saxlandıqdan sonra qaynar suda bişirilərək dezinfeksiya edilir və taninləri yuyulur.
İxrac:
AZGRANATA zavodunda istehsal edilən istər alkaqollu, istərsə də alkaqolsuz içkilər dünyanın bir sıra ölkəsinə ixrac edilir. Həmçinin zavodun xüsusi məhsulları olan nar şərabları, konsentratları da ölkənin ixrac məhsulları sırasında böyük bazar payına sahibdir. Şirkətin ixracatçıları siyahısına ABŞ, Kanada, Çin, Almaniya, İsrail, Rusiya kimi inkişaf etmiş ölkələr başçılıq edir.
AZGRANATA şirkətinin məhsulları Almaniyanın KIWA GmbH İnstitutu tərəfindən orqanik seritifikatlaşdırılıb. Həmçinin aşağıdakı sertifikatlarımız var:
BIO sertifikatı (Avropa İttifaqı)
USDA Organic (ABŞ)
Kosher sertifikatı
ISO 22000: 2018 Qida təhlükəsizliyini İdarəetmə Sistemi
ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sistemi
Halal sertifikatı...
Dünyanın ən böyük milyonçularından öz zəhməti ilə, bu milyonların sahibinə çevrilən, ən çox hörmət etdiyimiz Franklin təəbirincə desək “Rahat yatmaq istəyirsənsə, yatağa təmiz vicdanla uzan” sözü müvəffəqiyyətli iş adamlarının loqosudur...
“Son illərdə dövlət başçısının sahibkarlığın inkişafına böyük önəm verməsi, sahibkarlıq mühitinin davamlı şəkildə yaxşılaşdırılması, özəl bölmənin iqtisadi inkişafda rolunun artmasına səbəb olmuş və faktiki olaraq sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmişdir. Bunun nəticəsidir ki, özəl bölmənin ümumi daxili məhsuldakı payı 80 faizi keçmişdir. Məhz sahibkarlığın inkişafına yönəldilən kompleks və sistemli tədbirlər yerli qida nəhsulları istehsalı ilə məşğul olan müəssisələrin inkişafına təkan vermişdir.
Ərazisi kiçik, xarakteri böyük olan məmləkətimizdə yaxşının da, pisin də öz adı var. Xalqın dilindən pafos, təmtəraqlı sözlər işlədilmir. Xalq öz ehtiramını bir kəlmə ilə bildirir, sadə xalq dilində “Yaxşı və ya pis", sadəcə bu qədər... “Azgranata” MMC 13 il ərzində xalqın etibarını, etimadını öz əməli fəaliyyəti ilə ortaya qoydu. Bu şirkətin mayasında əqidə, əzm, zəhmətkeşlik, vicdanlılıq, mərhəmət, səxavət ən əsası isə peşəkarlıq və savad durur. “Azgranata” MMC-nin məhsullarının 7-dən 77-yə böyük ləzzətlə, könül rahatlığı və öz təbirləri ilə desək “həzz ilə içilir”. “Azgranata” MMC-nin alkoqollu və alkoqolsuz içkiləri nəinki Azərbaycan süfrələrini, eləcə də dünya süfrələrini bəzəməkdədir. Mübağiləsiz və cəsarətlə söyləmək olar ki, “Azgranata” MMC Azərbaycanı, həm də müxtəlif şirələr, şərablar, spirtli içkilər sayəsində dünyaya çıxardan böyük şirkətdir. Bu isə sevindirici və təqdirəlayiq haldır. Ən böyük həqiqət düzlükdür. Hər işdə düzlük axtaranların vicdanı rahat olar. İnsaf imanın təməlidi. Vicdan isə böyük işlərin yol bələdçisi. 13 ildir bu böyük yola çıxmış bir şirkətin kredosu, vicdanı, halallığı əsas vəzifə meyarı görərək, bundan sonra da xalqını yeni-yeni məhsulları ilə sevindirməkdən ibarətdir.
“Azgranata” MMC fəaliyyətini bu xətdən başlayıb və əldə etdiklərini də bu yoluna borcludu. Bu yolda Sizə böyük uğurlar və geniş müştəri məmnunluğu, xeyir-duası arzusu ilə...
P.S. Bu dəyişən dünyanın dəyişməz prinsiplərini (vicdan, iman, etibar, səriştə...) özlərinə yol bələdçisi seçənlər uğurlu yolun yolçularıdı – “Azgranata” MMC onlardan biri kimi.
Hürü Hacızadə
"Təsəlli" Şəhid ailələrinə dəstək İctimai Birliyinin sədri,
İcraçı direktor, yazıçı-publisist, “Qızıl qələm” mükafatçısı
Fərid Faiqoğlu
AJB-nin üzvü, “Qızıl qələm” mükafatçısı