Xəbər Lenti
Bugün, 11:14
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
Dünən, 20:15
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
22-10-2026, 12:15
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
21-10-2026, 13:26
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
21-10-2026, 12:14
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
23 Dekabr 2022 14:29Cəmiyyət
SOVQAT layihəsi çərçivəsində sahibkarlıq subyektləri üçün infotur təşkil olunub
Qida Təhlükəsizliyi İnstitutunun təşəbbüsü ilə həyata keçirilən SOVQAT (Sahibkarlıq Obyektlərinə Vahid Qida Anlayışının Tətbiqi) layihəsi davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, layihə üzrə növbəti təcrübə mübadiləsi “Şirə və şərab istehsalında müasir texnologiyanın və dünya standartlarının tətbiqi və nəticələri" mövzusunda aparılıb və media nümayəndələrinin iştirakı ilə Ağsu rayonunda yerləşən “AZGRANATA” Məhdud Məsuliyyətli Cəmiyyətə infotur təşkil edilib.
İnfotur zamanı əvvəlcə şirə və şərab istehsalı ilə məşğul olan sahibkarların iştirakı ilə keçirilən görüşdə şirə və şərab məhsullarının istehsalı və ixracının artırılması imkanları müzakirə olunub.
Görüşdə, həmçinin SOVQAT layihəsinin qida təhlükəsizliyi sahəsində çalışan sahibkarlıq subyektlərinin fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun qurması, eləcə də qabaqcıl beynəlxalq idarəetmə sistemlərinin tətbiqi baxımından mühüm rol oynadığı bildirilib.
Görüşdən sonra “AZGRANATA” Məhdud Məsuliyyətli Cəmiyyətdə şirə və şərab istehsalı prosesi və laboratoriyalarla tanışlıq olub, şərabçılıq məhsulları dequstasiyadan keçirilib. İştirakçılara yeni istehsal metodları və qabaqcıl istehsalat təcrübələri barədə məlumat verilib. Rəqabətqabiliyyətliliyi qoruyub saxlamaq üçün modern texnologiyanın tətbiqinin əhəmiyyətli və zəruri olduğu bildirilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin