Polkovnik Elmar Hüseynov: "Vətən müharibəsi əvvəlki döyüşlərin məntiqi nəticəsi idi" - RTV
“BBG Energy” Oman bazarında yeni strateji mərhələyə qədəm qoyur - “Hema Energy” ilə əməkdaşlıq rəsmiləşdirildi
Deputat Sevinc Fətəliyeva ilə bağlı qarayaxma xarakterli iddialara hüquqi və faktoloji aydınlıq – MÖVQE
Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
“İsrail-Azərbaycan Şah-Dağ Təşkilatı”nın nümayəndələri Hindistanda seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirak edəcəklər
“Xezertv.info” –ya daxil olan məlumata əsasən, “İsrail-Azərbaycan Şah-Dağ Təşkilatı”nın nümayəndələri, Beynəlxalq Hüquq Eksperti, Beynəlxalq müçahidəçi İsmayıl Zalov, Beynəlxalq müşahidəçi Tural Məmmədov və Beynəlxalq müşahidəçi Sənan Mamedov 4 iyun 2024-cü il tarixdə Hindistanda keçirilən seçkilərdə iştirak edəcəklər.
Hindistan Seçki Komissiyası aprelin 19-da başlayan ümumi seçkilərin yeddi mərhələdə keçiriləcəyini və səsvermənin bitməsindən üç gün sonra nəticələrin iyunun 4-də açıqlanacağını bildirib.
Seçki prosesi zamanı ştatlar müxtəlif vaxtlarda səs verəcəklər. Bir milyarda yaxın seçici parlamentin aşağı palatasına 543 deputat seçəcək.Hindistanın baş naziri Narendra Modi və onun Bharatiya Canata partiyası müxalifət partiyalarının geniş ittifaqına qarşı ardıcıl üçüncü müddətə namizədliyini irəli sürüb.
Sonuncu dəfə 2019-cu ildə seçkilərdə qalib gələn Modi 20-dən çox partiyanın yaratdığı müxalifət bloku ilə rəqabət aparacaq. Sorğulara görə, hakim partiyanın üçüncü dəfə ümumi seçkilərdə qalib gələcəyi gözlənilir.
Onu da qeyd edək ki, “İsrail-Azərbaycan Şah-Dağ Təşkilatı”nın nümayəndələri seçkilərin gedişi barəsində məlumatları KİV vasitəsi ilə bəyan edəcəklər.






















































