Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Siyasi partiyalar prezident seçkisinə maraq göstərməklə şəffaflığın təmin olunmasında iştirak edirlər
Siyasi partiyalar cari il fevralın 7-nə təyin edilmiş prezident seçkisində aktiv iştirak edirlər.
“Seçki-2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, Mərkəzi Seçki Komissiyası seçkiyə öz namizədləri ilə qatılmaq istəyən bütün siyasi partiyaların namizədlərinin irəli sürülməsini təsdiq edib və hamısını qeydə alıb. Hazırda azad seçki mübarizəsi aparan 7 namizəddən 5-i məhz siyasi partiyalar tərəfindən irəli sürülənlərdir.
Əsas məramı siyasi proseslərdə iştirak olan siyasi partiyaların müxtəlif statuslarla da seçkiyə qatıldığını aydın görmək mümkündür. Seçkiyə öz namizədləri ilə qatılmayan çoxsaylı siyasi partiyalar da prezident seçkisinə ciddi maraq göstərir, kifayət qədər böyük sayda müşahidəçiləri və məşvərətçi səs hüquqlu komissiya üzvləri ilə seçkidə şəffaflığın təmin olunmasında yaxından iştirak edirlər. Belə ki, indiyədək 19 siyasi partiyanın, ümumilikdə 30 000-ə yaxın müşahidəçisi Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyalarında akkreditasiyadan keçməklə seçkini müşahidə hüququ qazanıblar və bu proses hazırda intensiv şəkildə davam edir.
Qeyd etmək lazımdır ki, siyasi partiyalar ölkədə keçirilən seçkilərdə xüsusi yeri və çəkisi olan mühüm seçki subyektlərindəndir. Azərbaycanın mövcud seçki qanunvericiliyi də siyasi partiyaların seçkilərdə öz məqsəd və məramına uyğun iştirakı üçün hərtərəfli və geniş imkanlar təsbit edir. Seçki təcrübəsi aydın göstərir ki, siyasi partiyaların seçkilərdə fəallığı, ictimai-siyasi proseslərə təsir imkanları ilbəil artmaqdadır. Əlbəttə bunda siyasi partiyaların inkişafı, möhkəmlənməsi, ictimai-siyasi proseslərə yaxından cəlb edilməsi üçün respublikada yaradılmış əlverişli mühit önəmli rol oynayır.






















































