Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
“İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
QALİB XALQ, QALİB LİDERİNİ SEÇDİ. TƏBRİK EDİRİK!!!
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
İcazə verin, Sizi Prezident seçkisində qələbə qazanmağınız münasibətilə səmimi-qəlbdən təbrik edim. Sizin rəhbərliyiniz və yorulmaz fəaliyyətiniz sayəsində bütün tarixi torpaqlar Zəfərlə azad olunub, Azərbaycan ildən-ilə yeni zirvələr fəth edir, inkişaf edir və haqlı olaraq dünya arenasında öz layiqli yerini tutur.
Azərbaycanda yaşayan bütün xalqlar arasında əsl tolerant, mehriban münasibətlərin təşəkkül tapmasına Sizin töhfəniz misilsizdir. Azərbaycanda dini mənsubiyyətindən, irqindən, ictimai-siyasi fəaliyyətindən asılı olmayaraq, ölkəmizin bütün sakinləri ilə sülh və dostluq şəraitində yaşayıblar. Sizin böyük xidmətiniz sayəsində belə vəziyyət bu gün də davam edir, ölkəmizin bütün vətəndaşları buna görə Sizə sonsuz minnətdardırlar.
Cənab Prezident, Sizin ölkə rəhbəri kimi fəaliyyət göstərdiyiniz ötən 20 il ərzində Azərbaycan dövləti və xalqı qarşısında böyük xidmətləriniz olub. Siz Ulu Öndər Heydər Əliyevin dövlətçilik ənənələrinə hər zaman sadiq olaraq Azərbaycanı yüksək zirvələrə qaldırmısınız. Sizinlə fəxr edirik. Siz bütün dünya azərbaycanlılarının əziz dostusunuz. Göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq. Keçirilən prezident seçkilərində sevinc və fərəh hissi ilə iştirak edərək Sizi hər zaman olduğu kimi yenədə yumruq kimi birləşərək yanınızdayıq, xalqımızın işıqlı gələcəyinə səs verdik.
Bu əlamətdar gündə böyük məmnunluq hissi ilə Sizə minnətdarlığımı və ehtiramımı çatdırır, səmimi-qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı, xoşbəxtlik və əmin-amanlıq, övladlarınıza və nəvələrinizə bol-bol sevinc arzulayıram.
Sizə və ailənizə qarşıdan gələn hər bir gün üçün xoş və firavan həyat arzulayıram.
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Müzəffər Ali Baş Komandan!
İlqar Məmmədov
Xeyriyyəçi iş adamı























































