18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Serbiyalı politoloq: “Azərbaycan artıq Ermənistanla dialoqda böyük uğurlar əldə edib”
“Bakı ilə İrəvan arasında üçüncü tərəflərin iştirakı olmadan birbaşa danışıqlar və əldə olunan razılaşmalar faktını müsbət qiymətləndirmək olar, çünki istənilən vasitəçi yalnız öz maraqlarını qoruyacaq”.
Bunu “Report”a açıqlamasında serbiyalı politoloq Stefan Antiç bildirib.
“Hər iki tərəfin bir-biri ilə vasitəçilərlə deyil, birbaşa danışıqlar aparması alqışlanılmalıdır, çünki Azərbaycan və erməni xalqlarının mənafelərini öz liderlərindən daha yaxşı heç bir üçüncü tərəf qoruya bilməz”, - o vurğulayıb.
Onun sözlərinə görə, bu yaxınlarda hərbi personalın mübadiləsi və bir sıra beynəlxalq qurumlarda bir-birinə dəstək verilməsi kimi addımlar həqiqətən də çox müsbət hadisələrdir və bunlar tərəflər arasında razılığın əldə olunacağına dair ümid yaradır.
Politoloq qeyd edib ki, hazırda hər iki tərəf beynəlxalq səviyyədə tanınmış sərhədlərinə tam nəzarət edir:
“Odur ki, əminliklə söyləyə bilərik ki, sülh sazişinin imzalanması yolunda əsas maneələr aradan qaldırılıb”.
S.Antiçin fikrincə, Azərbaycan artıq Ermənistanla qarşılıqlı anlaşma axtarışında irəliləyiş əldə edib, lakin sülh sazişinin imzalanmasına yaxınlaşdıqca Cənubi Qafqaz regionuna təsir imkanlarını genişləndirməyə çalışan xarici oyunçuların addımlarını daha diqqətlə izləmək lazımdır.
O əlavə edib ki, Azərbaycan ərazi bütövlüyünü tam bərpa edib və uzunmüddətli, dayanıqlı sülhə gətirib çıxara biləcək variantları dəyərləndirməyin nə qədər vacib olduğunu anlayır.
Ekspert söyləyib ki, Ermənistanın məğlubiyyəti onun üçün ciddi zərbə olub:
“Odur ki, bu vəziyyət hakimiyyəti seçicilər arasında reytinqləri saxlamaq üçün Azərbaycanla münasibətlərdə sərt siyasət yürütməyə vadar edir. İrəvan danışıqlar prosesini ləngitməklə özü üçün daha əlverişli şərait əldə etməyə çalışır. Eyni zamanda, bəzi Qərb dövlətləri, o cümlədən Fransa öz geosiyasi maraqlarına nail olmaq və Cənubi Qafqazda mövcudluğunu gücləndirmək üçün Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması prosesinə müdaxilə etməyə can atır. Amma aydındır ki, belə addımlar Ermənistana baha başa gələ bilər. Bu mənada İrəvanın sağlam düşüncəni rəhbər tutacağına ümid etməliyik”.





















































