Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
2026 perspektivi: Avropa ilə Azərbaycan arasında Kung-Fu sahəsində yeni əməkdaşlıq mərhələsi
Azərbaycanlı müğənnilər mahnı ilə yanaşı, qiymət də oxuyurlar - FANTASTİK MƏBLƏĞLƏR
Zəhmət, məsuliyyət və dövlətə sədaqət nümunəsi – Masallı Rayon 47 saylı Yol İstismar İdarəsinin rəisi Mahmud Bağırov
Xaçmaz Rayon Qeydiyyat Şöbəsinin Rəisi İslam İsmayılov – Hüquqi dəqiqlik, vətəndaş məmnunluğu və dövlətə sədaqət nümunəsi
“Aysberq” Pivə İstehsalat Müəssisəsinin Təsisçisi Qasım Muradov – Sahibkarlıq uğuru, yenilikçi düşüncə və milli iqtisadi inkişafa töfhə
Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Birinci Müavini Anar Oruclu – Peşəkar idarəçilik, sosial məsuliyyət və dövlətə sədaqət nümunəsi
Xaçmaz Gömrük İdarəsinin Rəisi Pərviz Rəhimov – Dövlətə sədaqət, peşəkarlıq və şəffaf idarəçiliyin timsalı
Bərdə Mərkəzi Rayon Xəstəxanasının Stomatologiya Şöbəsinin Müdiri Cəfər Məmmədov – Peşəkarlıq, humanizm və xidmət nümunəsi
Elxan Əliyevin idarəçilik fəaliyyəti: Yol quruculuğunda məsuliyyət və peşəkarlıq nümunəsi
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
Polis polkovniki Əhməd Cəlilov Kanal S-də: “Polis adını uca tutmaq mənim həyat amalım olub”
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
İsmayıl Zalov Azərbaycan Çin Döyüş Növləri Assosiasiyası Kung-Fu Federasiyasının Hüquqşünası Təyin Olundu
Şirvan şəhərində yeni qəbiristanlıq sahəsinin yaradılması – dəyərlərimizə, tariximizə və gələcəyimizə hörmət nümunəsi
Son illərdə Şirvan şəhərinin sürətlə genişlənməsi, əhali sayının artması şəhər infrastrukturunun genişləndirilməsi kimi, bizim adət-ənənələrimizin ayrılmaz bir hissəsi olan şəhər qəbiristanlığının ərazisinin də genişləndirilməsi məsələsini zəruri edirdi.
Qəbiristanlıq yalnız dəfn yeri deyil, o, həm də bir xalqın tarixinə, dəyərlərinə, xatirəsinə hörmət ifadəsidir. Buna görə də yeni məzarlıq sahələrinin planlaşdırılması həm şəhərsalma baxımından, həm də sosial-mədəni baxımdan strateji əhəmiyyət daşıyır.
Mövcud qəbiristanlığın uzun illərdir istifadədə olduğundan, orada boş yerlərin sayı minimuma enmişdir. Bu isə dəfn prosesində çətinliklər yaradır və ailələrin yaxınlarını uyğun şəraitdə dəfn etməsinə mane olur.
Azərbaycan xalqı həmişə dəyərlərinə qiymət vermiş, adət-ənələrinə hörmətlə yanaşmışdır. Müasir dövrün tələblərinə cavab verən, movcud qanunvericiliyə uyğun qəbiristanlığın salınmasında şəhərimizin dəyərli ziyalısı, ictimai-siyasi xadim hörmətli Yusifov İltizam Balayusif oğlunun gördüyü əməli işlər xeyirxah və böyük təqdirəlayiq addımdır.
Baxımsız, uzun illər tullantı sahəsinə çevrilmiş, yüksək gərginlikli elektrik və digər kommunikasiya xətlərinin keçdiyi, qeyri-hamar relyefə malik 3 hektardan artıq ərazidə geniş torpaq, planlama və bərkitmə işləri aparılaraq ərazi abadlaşdırılmışdır. Ərazidə yaşıllıqların sulanması, ziyarətçilərin su ilə təmin olunması üçün 2 km məsafədən yeni su xətti çəkilərək su sistemi quraşdırılmış, həmçinin çəpərlənmə işləri aparılmışdır.
Bir neçə ildir görülən işlərə bu gün yekun vuruldu. Şirvanın bir qrup ictimaiyyət nümayəndəsi, şəhər ağsaqqalları, din xadimləri, İcra hakimiyyəti və Bələdiyyə üzvlərinin iştirakı ilə ərazidə Zeytun ağacları əkildi. Ərazi idarəçilik üçün Şirvan şəhər Bələdiyyəsinə təhvil verildi.
Yeni qəbiristanlıq sahəsinin yaradılması ilə bağlı insanların dini və mənəvi ehtiyaclarının təmin olunmasına, dəfn mərasimlərinin daha rahat və uyğun şəraitdə həyata keçirilməsinə görə yaradılmış şəraitə görə Şirvanlılar adından hörmətli İltizam Yusifova, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlqar Abbasova və bu mühüm işlərin həyata keçirilməsində əməyi keçən bütün qurumlara və insanlara dərin minnətdarlığımızı bildiririk.
P.S. Bu məsələdə əsas məqsədlərdən biri, bəlkə də ən vacibi mövcud qanunvericiliyin tələblərinə əsasən ərazidə səliqə-səhman yaratmaq, metal çəpərlərdən olmaması, məzar daşlarının mövcud normativlərə uyğun eyni qaydada olması və s. məsələlərin həllidir.
Mənbə olaraq“Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Həmkarlar İttifaqı Komitəsinin sədri Taleh Məmmədovun facebook səhifəsindən götürülüb.
Fərid Faiqoğlu














































































































