ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb
Xətai rayon ictimaiyyəti 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhid məzarlarını ziyarət edib
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
Arif Rəsulov: 27 Sentyabr – Anım Günü: Şəhidlərin əziz xatirəsi qarşısında baş əyirik
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
Politoloq: “Hindistan Azərbaycanın geosiyasi əhəmiyyətini layiqincə qiymətləndirmir”
“Hindistanın Ermənistana silah tədarükü sübut edir ki, o, adi kommersiya gəlirləri ilə yanaşı, İrəvanın geosiyasi əhəmiyyətini həddən artıq şişirdir, eyni zamanda, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini layiqincə qiymətləndirmir”.
Bunu “Report”a açıqlamasında ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib.
“Bir tərəfdən, Hindistanın beynəlxalq münasibətlərdə qanunun aliliyinə diqqət yetirməsini, digər tərəfdən isə, qlobal problemləri dərindən dərk etməsini nəzərə alsaq, onun Ermənistanı silahlandırmağı davam etdirməsinin arxasında maliyyə vəsaiti qazanmaq istəyi ilə yanaşı, digər amillərin olduğunu da söyləyə bilərik”, - deyə o vurğulayıb.
D.Krneviçin fikrincə, bu, strateji məzmunun nəzərə alınmasının tələb olunduğu kifayət qədər mürəkkəb və dolaşıq məsələdir:
“Bir tərəfdən, Azərbaycan onun beş ən böyük ticarət tərəfdaşından biri olan Hindistanla ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır. Hazırda iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün planlar hazırlanır. Digər tərəfdən, Hindistanın Azərbaycanın qardaş ölkə hesab etdiyi Pakistanla mürəkkəb münasibətləri var. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Üstəlik, Ermənistanın müstəqilliyini tanımayan Pakistan İkinci Qarabağ müharibəsi zamanı və daha əvvəl Azərbaycana fəal dəstək göstərib. Kəşmir məsələsində də Azərbaycanın da oxşar mövqeyi var”.
Onun sözlərinə görə, vəziyyətə yalnız Hindistanın Pakistanla mübahisəsi prizmasından baxmaq çox primitiv olardı:
“Əslində, bu, digər məsələlərlə yanaşı, Hindistanın uzunmüddətli milli maraqlarına cavab vermir”.
Politoloq xatırladıb ki, Ermənistanla Hindistan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq azı 2011-ci ildən, hərbi-texniki əməkdaşlıq isə 2017-cı ildən başlayır:
“Ermənistanın son bir neçə ildə Hindistandan artilleriya, pilotsuz uçan aparatlar, tank əleyhinə silahlar, raketlər və döyüş sursatları daxil olmaqla, müxtəlif silahlar da aldığına dair təsdiqlənməmiş məlumatlar var. Hindistan istehsalı olan silahların İranın Bəndər-Abbas limanından keçərək qurudan Nurduz sərhəd-keçid məntəqəsinə aparıldığına dair son məlumatları məhz bu kontekstdən nəzərə almaq lazımdır”.
Onun fikrincə, bütün bunlar Bakının İrəvanın revanşizm ideyalarını dəstəkləməsi və sonda sülh sazişi imzalamaq istəməyəcəyi ilə bağlı şübhələrini gücləndirir:
“Bundan başqa, Ermənistan hazırda Rusiyadan başqa həm Hindistanı, həm də İranı təhlükəsizlik qarantı kimi nəzərdən keçirir. Bütün bunlar birmənalı olaraq Ermənistanın remilitarizasiyası və müəyyən mənada Azərbaycanı “mühasirəyə almaq”la bağlı cəhdlərinə yardım göstərir. Bu da eskalasiya aktı kimi qəbul edilə bilər. Aydındır ki, bu, regionda dayanıqlı sülh və təhlükəsizliyin bərqərar olmasına şərait yaratmır”.
D.Krneviç hesab edir ki, Hindistanın Ermənistanın hərbi sahədə gücləndirmək lehinə seçimi çətin ki, sülhü təşviq etməyə çalışan Brüssel və Vaşinqton tərəfindən Bakı ilə İrəvan arasında sülh prosesi üçün faydalı addım kimi qəbul edilsin.























































