Əvvəl Vəfa “Gündoğan” indi isə “Barisovna” olan “həkim” “Milano” hospitalda estetik əməliyyat edir?
Abbas Əraqçı Ceyhun Bayramova zəng edib, dron hücumları ilə bağlı araşdırma başladığını bildirib
İmtahanlarda gizli cihazlardan istifadə: Kamran Əsədovun məhkəməsində şahidlər danışdılar
İranın dörd pilotsuz uçuş aparatı hücum aktlarını törədib, biri sıradan çıxarılıb - MN açıqladı
Peşəkarlıq və məsuliyyət nümunəsi – Zaqatala rayon 2 saylı notariat ofisinin xüsusi notariusu Gözəl İsgəndərova
Dövlətə sədaqətlə xidmətin nümunəsi – Göygölün inkişaf yolunda Vüqar Novruzovun fəaliyyəti
Autizmlə mübarizədə ümid ünvanı: Maarifləndirmə, dövlət dəstəyi və beynəlxalq təcrübə
Xırdalanda qanunsuz tikinti: Səssiz qalan aidiyyatı qurumların cavabsızlığı narahatlıq doğurur-VİDEO
“Heydər Əliyev. Əbədi miras”: layihəsi və toplu Lənkəranda, Velədi kənd məktəbində təqdimatı
Rusiyalı diyetoloqdan xəbərdarlıq: "Az yeyirəm" deyənlərin çəki ata bilməməsinin SƏBƏBİ
“Meta”ya qarşı araşdırmalara başlanıldı
Avropa Komissiyası “Meta” şirkətinə qarşı rəqabət qaydalarının mümkün pozulması ilə bağlı yeni araşdırmaya start verib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, qurum “Meta”nın vatsap platformasında süni intellekt xidmətləri göstərən şirkətlər üçün giriş imkanlarını qanunsuz şəkildə məhdudlaşdırdığı ehtimalını araşdırır.
Bildirilir ki, oktyabr ayında “Meta” tərəfindən yenilənən istifadə şərtləri vatsap üzərindən biznes funksiyalarına çıxışa aid dəyişiklikləri əhatə edir. Komissiyanın rəyinə görə, bu yenilik süni intellekt əsaslı xidmət təklif edən təminatçıların həmin funksiyadan istifadə imkanını məhdudlaşdırır.
Aİ-nin rəqabət siyasəti üzrə komissarı Tereza Ribera açıqlamasında bildirib ki, məqsəd böyük rəqəmsal şirkətlərin bazardakı üstünlüyündən sui-istifadə edərək, yenilikçi rəqiblərin inkişafını əngəlləməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, Avropa İttifaqı vatsapda yalnız “Meta”nın deyil, digər süni intellekt köməkçilərinin də əlçatan olmasını vacib sayır.
Araşdırma nəticəsində Komissiyanın şübhələri təsdiqlənərsə, “Meta” növbəti dəfə ciddi maliyyə sanksiyası ilə üzləşə bilər.
Qeyd edək ki, Brüssel bu ilin aprelində şirkəti instaqram və feysbukda rəqabət qaydalarının pozulmasına görə 200 milyon avro məbləğində cərimələyib.























































