Peşəkarlıq və məsuliyyət nümunəsi – Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov
Türkiyə Şimali Kiprə 6 F-16 döyüş təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirdi
“Rəqəmsal sahədə qadın liderliyi və peşəkar inkişaf” mövzusunda panel müzakirəsi keçirilib
Baş redaktordan: Təhsilin inkişafına xidmət edən fədakar rəhbər – İlhamə Abdullayeva
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı paylaşım edilib
Tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmovdan 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
Azərbaycanın ilk poliqrafçı alimi Şəddad Cəfərovdan 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevdən 8 Mart – Beynəlxalq Qadınlar Günü Təbriki
Rusiyalı deputat: “İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır deyil”
“Moskva hər zaman sülh şərtlərini müzakirə etmək üçün Azərbaycana və Ermənistana kömək etməyə hazırdır. Təəssüf ki, İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır deyil, buna görə də bütün səylər hələ ki, uğursuz olub”.
Bu barədə Rusiya Federasiyasının Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin üzvü Dmitri Savelyev AZƏRTAC-a bildirib.
Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun Rusiya sülhməramlılarının silahlarının yalnız özünümüdafiə vasitəsi kimi onlara lazım olması barədə sözlərini şərh edərkən, Dmitri Savelyev qeyd edib ki, Rusiya XİN Qarabağ münaqişəsinin həllində Moskvanın vasitəçilik rolundan dəfələrlə danışıb.
“Rusiya beynəlxalq hüququn, həmçinin Bakı və İrəvanın Moskvaya verdiyi səlahiyyətlər çərçivəsində ciddi şəkildə hərəkət edərək Qafqazdakı vəziyyətin sabitləşdirilməsi üçün mümkün olan hər cür səy göstərir. Rusiya XİN dəfələrlə qeyd edib ki, Qərbin qondarma vasitəçilərinin müdaxiləsi yalnız münaqişənin kəskinləşməsinə gətirir. Bunu da biz hazırda müşahidə edirik”, - deyə Dmitri Savelyev qeyd edib.
Deputat həmçinin vurğulayıb ki, Qarabağdakı Rusiya sülhməramlıları yalnız Azərbaycan və Ermənistan arasında razılaşmalara əməl olunmasını təmin edir.
“Sülhməramlılarımız hər iki tərəfdən ordu ilə birlikdə çıxış edə bilməzlər. Çünki beynəlxalq hüquq çərçivəsində ciddi şəkildə hərəkət edirlər. Sülhməramlılar tərəflərin razılaşdırılmış səlahiyyətlərinə uyğun olaraq təyin olunmuş ərazidə onun yerinə yetirilməsinin qarantı kimi çıxış edirlər. Rusiyanın mövcud tərəf kimi münaqişəyə cəlb edilməsi əldə edilmiş razılaşmalardan kənara çıxır. Moskva vasitəçidir, biz hər zaman tərəflərə sülh şərtlərini müzakirə etməkdə kömək etməyə hazırıq. Təəssüf ki, İrəvan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazır deyil. Buna görə də bütün səylər hələ ki, uğursuz olub”, - deyə Dmitri Savelyev söyləyib.






















































