Xəbər Lenti
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
19 Dekabr 2022 17:33Siyasət
Dmitri Savelyev Zatulinin Laçın dəhlizi ilə bağlı fikirlərini tənqid edib
Rusiya Federasiyası Dövlət Dumasının Azərbaycanla Parlamentlərarası dostluq qrupunun koordinatorunun müavini, Dövlət Dumasının Təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə Komitəsinin üzvü Dmitri Savelyev Dövlət Duması MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr Komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Laçın dəhlizində baş verən hadisələr haqqında fikirlərini tənqid edib.
AZƏRTAC xəbər verir ki, D.Savelyev Zatulininə Rusiyanın rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və vəziyyətə bu prizmadan baxılmalı olduğunu xatırladıb.
“Mövcud razılaşmalara baxmayaraq, qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılmayıb, bu da özlüyündə gərginliyə səbəb olur. Sülhməramlılarımız haqqında yayılan feyk xəbərlərə gəlincə, onlar açıq-aydın reallığa uyğun gəlmir. Sülhməramlıların Azərbaycan hakimiyyəti ilə qarşılıqlı əlaqəsi konstruktiv əsasda qurulur və gündəlik rejimdə həyata keçirilir”, - deyə deputat vurğulayıb.
D.Savelyev qeyd edib ki, Rusiya sülhməramlıları bütün imzalanmış razılaşmaları yerinə yetirərək vəziyyətə nəzarət edirlər. Yaranan ictimai narazılıq isə tamamilə haqlıdır, çünki “Qızılbulaq” qızıl yatağında və “Dəmirli” mis-molibden yatağında faydalı qazıntıların hasilatı heç bir texnoloji tələblərə riayət edilmədən vəhşicəsinə həyata keçirilir, bu da mütəxəssislərin - ekoloqlar və ictimaiyyətin qanuni reaksiyasına səbəb olur. Odur ki, bütün bu faktları nəzərə alaraq vurğulamaq istəyirəm ki, mövcud gərginliyi azaltmayan, əksinə artıran bəyanatlara yol vermək və ilk öncə isə siyasi sferadan olan insanlara, üstəlik isə çox çətin anda Rusiya ilə müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalayan dövlətin ünvanına birbaşa ittihamlar irəli sürmək yolverilməzdir”, - deyə siyasətçi bildirib.
D.Savelyevin fikrincə, bu cür bəyanatlar heç şübhəsiz, Rusiyanın maraqlarına xidmət etmir və sülhə doğru atılan addımları dəstəkləmir. “Mən ən mürəkkəb siyasi prosesə belə yanlış müdaxiləni yolverilməz hesab edirəm. Əminəm ki, bütün maraqlı tərəflər başa düşürlər ki, bu, yalnız Zatulinin şəxsi fikridir və heç bir halda ölkəmizin rəsmi mövqeyini ifadə etmir”, - deyə rusiyalı deputat yekunlaşdırıb.