Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdan Türkiyə İstanbul Ədalət Sarayında xüsusi müsahibə
Siyasi elmlər doktoru, professor Vaqif Abdullayev: Azərbaycan–İsrail münasibətləri: Tarixi səfər fonunda yeni əməkdaşlıq üfüqləri
Bu sevda Vətən sevdasıdır... XTQ-nin cəsur döyüşçüsü, Şuşa fatehi Zaur Ələkbərovun qəhrəman obrazı
Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
Milli geyim sənayesinin inkişafına töhfə verən rəhbər – Bakı Tikiş Evinin direktoru Fədai Rəhimov
Dövlətinə sədaqətlə xidmət edən peşəkar rəhbər – “Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Zülfi Ağayev
Dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbər – “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satış İdarəsinin rəisi Nəriman Mahmudov
Gənclər Təşkilatları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad ediblər.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Belə ki, 12 dekabr tarixində gənclər təşkilatlarının rəhbər və nümayəndələri Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri qoyublar.
Tədbirlərin davamı olaraq Azərbaycanın sabiq baş naziri Həsən Həsənovla Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Ulu Öndərin gənclər siyasəti modeli” mövzusunda görüş keçirilib. NAYORA-nın sədri Rafael Hacıbəyli açılış nitqi ilə çıxış edərək Ümummilli Liderin Azərbaycanın hər tərəfli tərəqqisi yolunda çoxşaxəli fəaliyyətindən və tarixi missiyasından, dövlət təhlükəsizliyinin və müstəqilliyinin qorunması yolunda verdiyi misilsiz tarixi xidmətlərdən söz açaraq, 30 ildən bəri işğalda olan torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azadlığa qovuşduğunu vurğulayaraq, bu gün Ulu Öndərin ruhunun şad olduğunu qeyd edib.
Görüş zamanı Həsən Həsənov Ulu Öndərin həyatını, zəngin dövlətçilik təcrübəsini, gənclər siyasətinin ərsəyə gəlməsində verdiyi böyük töhfələrdən danışaraq, onun Azərbaycanın xoşbəxt gələcəyini hər zaman gənclərdə gördüyünü diqqətə çatdırıb. Görüş qarşılıqlı disskusiya şəkilində davam edib.
Daha sonra Gənclər Təşkilatlarının Resurs Mərkəzində Milli Məclisin deputatı Bəhruz Məhərrəmovla “Gənclər təşkilatları arasında Ulu Öndərin irsinin təbliği” mövzusunda görüş keçirilib. Görüş Ümummilli Liderin əziz xatirəsinin bir dəqiqəlik sükutla anımlası ilə öz işinə başlayıb. Görüş zamanı Heydər Əliyevin xilaskarlıq missiyası, Azərbaycanın rifahlı gələcəyi üçün gənclərdən olan gözləntilər, onun əməllərinin davamçısı Prezident İlham Əliyevin ölkəmiz üçün xidmətlərindən geniş bəhs edilib, iştirakçıların çox saylı sualları cavablandırılıb.
Qeyd edək ki, silsilə fəaliyyətlərdən digər biri “Gənclər təşkilatlarının intellektual yarışı”olub. Yarış “Nə? Harada? Nə zaman?” formatında keçirilib. Suallar Ulu Öndərin həyatı, hakimiyyət dövrləri, Azərbaycanın müasir tarixi və ümumi dünyagörüşü suallarından ibarət olub. Birinci yerin qalibi “Böyük Qayıdış” Gənclər Təşkilatı kubok, ikinci və üçüncü yerləri öz aralarında bölüşən Cavan Gənclər Hərəkatı və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi isə medal ilə təltif olunublar.
Fərid Faiqoğlu (Səfərov)
AJB-nin üzvü

































































