Menu
Xəbər Lenti
Bu gün millimizin oyunu var
13-11-2026, 10:05

Bu gün millimizin oyunu var

“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

06 Dekabr 2023 12:47Manşet / Siyasət

Prezident: “Azərbaycan ərazisi bir çox Mərkəzi Asiya dövlətləri tərəfindən prioritet hesab edilir”

 

“Azərbaycan ərazisi bir çox Mərkəzi Asiya dövlətləri tərəfindən prioritet hesab edilir. Gördüyümüz işlər bizə bütün növ yüklərin daşınmasına imkan yaratdı”.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda deyib.

“Mərkəzi Asiyadan gələn yüklər Azərbaycan ərazisindən keçir. Xəzər dənizi bizi ayıran yeganə maneədir. Lakin müasir texnologiyalarla istehsal etdiyimiz gəmilər bunun da aradan qaldırılmasına imkan yaradacaq. Bizim böyük sərmayə layihələrimiz həyata keçirilir”, - deyən Azərbaycan Prezidenti bunu çox müsbət və yeni nəticələrə gətirib çıxaracaq reallıq hesab edib.