Menu
Xəbər Lenti
Bu gün millimizin oyunu var
13-11-2026, 10:05

Bu gün millimizin oyunu var

“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

28 Sentyabr 2023 06:31Manşet / Dünya

Dünyanın ən böyük kriptobirjası Rusiyadan gedir

Ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan “Binance” Rusiyanı tamamilə gedir.
Bu barədə birjadan açıqlama verilib.
Bildirilib ki, birja Rusiyadakı biznesinin tam şəkildə “CommEX” şirkətinə satılması ilə bağlı müqavilə imzalayıb.
“Mövcud Rusiya istifadəçilərinin rahat keçidini təmin etmək üçün proses bir ilə qədər vaxt aparacaq. Mövcud Rusiya istifadəçilərinin bütün aktivlərinin təhlükəsizliyi təmin olunub və etibarlı şəkildə mühafizə olunur”, - deyə kriptovalyuta birjası əmin edib.
Mənbə: Oxu.Az