Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
“Tetris” tibb bacılarına ağır xəstələr haqqında kompulsiv xatirələrdən uzaqlaşmağa kömək etdi
2015-ci ildə alimlər müəyyən ediblər ki, “Tetris” oynamaq psixoloji travmanın mənfi nəticələrini əhəmiyyətli dərəcədə azaldır. Üstəlik, onu psixoloji travma aldıqdan sonra ertəsi gün də istifadə etmək olar. Alimlərin sözlərinə görə, oyun, “fleşbek” - zərərçəkmişləri faciəli ana “qaytaran” kompulsiv vəziyyətlər kimi nəticələrin qarşısını almağa kömək edir.
Alimlərin bu qənaəti 2017-ci ildə təsdiqlənib. O zaman Böyük Britaniyadan olan tədqiqatçılar göstərdilər ki, “Tetris” oynamaq psixoloji cəhətdən travmatik hadisədən sonra intruziv xatirələrin yaranma tezliyini azaltmağa kömək edir. Bunun üçün onlar təcili yardım şöbəsinə daxil olan xəstələrin iştirakı ilə eksperiment aparıblar. Bütün iştirakçılar ya maksimum altı saatdan əvvəl qəzaya düşüb, ya da onun şahidi olmuş insanlar və onlarda posttravmatik stres pozuntusu (PTSP) simptomları olub. Xəstəxanaya yerləşdirildikdən sonra “Tetris” oynayan könüllülər kompulsiv xatirələrdən daha tez xilas olublar.
Koronavirus pandemiyası alimləri yenidən “Tetris”ə müraciət etməyə sövq edib. Həkimlər ən böyük riski öz üzərinə götürüblər: həddindən artıq işləmək, qırmızı zonalarda işləmək, xəstə insanlarla daimi təmasda olmaq - bütün bunlar böyük stresə səbəb olub. Ən böyük riski öz üzərinə həkimlər götürüblər: həddindən artıq işlə yüklənmək, qırmızı zonalarda işləmək, xəstə insanlarla daimi təmasda olmaq - bütün bunlar böyük stresə səbəb olub.
Beləliklə, 2020-ci ildə həkimlər ən təhlükəli peşələr siyahısında birinci yeri tutublar. Təhdidedici amillərin səviyyəsinə görə onlar şaxtaçıları və yanğınsöndürənləri üstələyiblər.
Pandemiyanın ilk dalğasının ortasında, 2020-ci ildə, Böyük Britaniyada intensiv terapiya işçilərinin təxminən beşdə ikisi PTSP, narahatlıq və depressiya da daxil olmaqla, özlərində psixi sağlamlıq pozğunluğuna uyğun simptomlar müşahidə etdiklərini bildiriblər.
Tədqiqatçılar qeyd ediblər ki, ağır simptomları olan xəstələrə qulluq edən tibb bacıları travmatik hadisələrin şahidi olublar. Bunlara xəstənin ölümü və yaxınları, o cümlədən uşaqlarla söhbətlər daxildir. Bu xatirələr onların əksəriyyətinin yaddaşında həkk olunub və onları travmanı yenidən yaşamağa məcbur edib. Bu tədqiqat “Translational Psychiatry” tibbi jurnalında dərc edilib.
Nəticə olaraq, tədqiqatçılar “Tetris” oynamağın pandemiya zamanı işlə bağlı travmatik hadisələrə məruz qalan reanimasiya şöbəsi işçilərinin intruziv xatirələrini azaltdığını və klinik simptomları, iş qabiliyyətini və əhvali-ruhiyyəsini yaxşılaşdırdığını aşkar ediblər. Tibb bacıları “Tetris” terapiyasının dördüncü həftəsində nəzarət qrupundakı həmkarlarına nisbətən on dəfə daha az kompulsiv xatirə epizodları yaşayıblar. Bundan əlavə, onlar depressiya, narahatlıq və yuxusuzluq kimi digər simptomların azaldığını bildirdilər.
Mənbə: Oxu.Az






















































