Menu
Xəbər Lenti
Qalibin ədaləti...
30-08-2026, 19:31

Qalibin ədaləti...

Dieqo Rosa “Qarabağ”da
30-08-2026, 14:23

Dieqo Rosa “Qarabağ”da

Faktiki hava - Açıqlandı
30-08-2026, 14:09

Faktiki hava - Açıqlandı

Abubakarın yeni klubu
29-08-2026, 17:21

Abubakarın yeni klubu

Bakıda güclü külək əsir
29-08-2026, 16:55

Bakıda güclü külək əsir

25 Sentyabr 2023 06:12Manşet / Dünya

Alimlər Terrakota Ordusunun sahibinin yatdığı sərdabəni açmaq üçün yol axtarırlar

 

Alimlər Şensi əyalətindəki Lişan dağının zirvəsində təxminən yarım əsr əvvəl kəşf edilmiş Terrakota ordusunun sahibi - məşhur imperator Sin Şi Xuandinin sərdabəsini açmağın yollarını axtarırlar.

Mütəxəssislər müəyyən ediblər ki, ölməzlik ideyasına aludə olan imperator saray kimyagərlərinin məsləhəti ilə ömür boyu civə ilə həblər qəbul edib. O, bunu guya əbədi həyat bəxş edən eliksirin tərkib hissəsi hesab edib. Ekspertlər qeyd edirlər ki, Sin sülaləsinin əfsanəvi qurucusunu zəhərlənməyə aparan da məhz civə olub. Elə o, indi alimlərin onun dəfn olunduğu yerə yaxınlaşmasına mane olur.

Qədim Çin tarixçisi Sıma Syanın gətirdiyi dəlillərə əsasən, imperatorun məzarında civə çayları axır. 2020-ci ildə tədqiqatçılar ölçmə aparıblar və aşkar ediblər ki, sərdabənin bilavasitə yaxınlığında maddənin konsentrasiyası normadan bir neçə dəfə artıqdır.

Alimlər məqbərənin dünyaya açılması cəhdlərində, xüsusən, yüksək dəqiqliyə malik olan rentgen şüaları kimi fəaliyyət göstərən myuonlardan - atomaltı hissəciklərdən istifadə etməyi təklif edirlər. Onlar strukturun bütövlüyünü pozmadan onun içinə baxmağa imkan verirlər. Lakin buna baxmayaraq, bu ideya hələ də tətbiq olunmayıb və Terakota ordusu sahibinin məzarının daxili hissəsi sirr olaraq qalır.

Mənbə: Oxu.Az