18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Hikmət Hacıyev: “Azərbaycan və Rusiya birgə səylərlə ən mürəkkəb regional məsələləri həll edə biləcəklər”
“Rusiya və Azərbaycan arasında 2022-ci il fevralın 22-də imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə ikitərəfli münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırır və onların inkişafına nəzərəçarpacaq təkan verir. Hətta indiki çətin geosiyasi şəraitdə də ölkələrimiz arasında münasibətlər etibarlılıq imtahanından çıxır”.
Oxu.Az-ın məlumatına görə, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakı və Moskva arasında münasibətlərin hazırkı səviyyəsini qiymətləndirərkən bildirib.
O əmin olduğunu bildirib ki, Azərbaycan və Rusiya birgə səylərlə ən mürəkkəb regional məsələləri, o cümlədən regional oyunçuların regional məsələlərin həllini nəzərdə tutan “3+3” formatında həll edə biləcəklər.
“Biz həm siyasi, həm də iqtisadi sahədə sıx qarşılıqlı əlaqədəyik. Bu ilin birinci yarısının məlumatları ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artdığını, qarşılıqlı turizm göstəricilərinin yüksəldiyini, mədəni-humanitar sahədə sıx əməkdaşlığın davam etdiyini göstərir. Sentyabrın 15-də Azərbaycanda yeni tədris mövsümü başladı və ölkəmizdə hər il olduğu kimi, məktəbli və tələbələrin rus dilində tədrisinə böyük tələbat var. Üstəlik, ildən-ilə rus dilini öyrənməyə maraq yalnız artır. Qeyd etməyə bilmərəm ki, dövlətimiz də öz növbəsində bu tələbatın ödənilməsi üçün bütün lazımi şəraiti yaradır”, - deyə Hikmət Hacıyev sözlərini yekunlaşdırıb.





















































