Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Şəhid Samir Xudiyevin anım mərasimi keçirilib
Əslən Füzuli rayonundan olan şəhid Samir Səməd oğlu Xudiyevin anım günü keçirilib. ATATV. AZ xəbər verir ki, mərasim şəhidin dəfn olunduğu Ramana qəsəbə qəbirstanlığından başlayıb. Öncə mərasim iştirakçıları şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül dəstələri düzüb, ruhuna dualar ediblər. Daha sonra iştirakçılar gənc şəhidin keçdiyi şərəfli ömür və döyüş yolundan bəhs edib. Anım mərasimində "Dəmir Yumruq Alfa-A" cəmiyyətinin rəhbəri Ülviyyə Vasifqızı, Cəmiyyət üzvləri, şəhidin ailə üzvləri, qazilər, din xadimləri və ATATV. AZ xəbər saytının, İctimai Xəbər Agentliyi MMC-nin rəhbəri, baş direktor Rəsafil Bayramov iştirak edib. Çıxışçılar şəhidin gənc, ancaq cəsur xislətli, qorxmaz və vətənpərvər gənc olduğunu bildirib, haqqında geniş bəhs ediblər.
Əslən Füzuli rayonun Əhmadalılar kəndindən olan Samir Xudiyev 2003-cü ilin iyul ayının 18-də Bakı şəhərində, sadə bir ailədə dünyaya göz açıb. Ailədə üç övlad- iki qardaş və bir bacı olublar. Mehriban və qayğıkeş xarakteri ilə seçilib. Samir həm də orta məktəbdə tərbiyəsi və təhsili ilə müəllimlərinin sevimli şagirdi olub. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq istəsə də, arsuzu baş tutmayıb. 2021-ci ilin iyulunda isə həqiqi hərbi xidmətə yollanıb. Laçın rayonu istiqamətində şərəflə hərbi xidmətini yerinə yetirib. Avqust ayının 5-də Laçın rayonunda şəhidlik zirvəsinə ucalıb. Ailəsi bildirir ki, sonuncu dəfə şəhidliyindən iki gün öncə, 2022-ci ilin avqust ayının 3-də atası ilə danışıb. Nəşi bir gün sonra, avqust ayının 6-da Ramana qəsəbə qəbirstanlığındakı Şəhidlər məzarlığında dəfn olunub.
ATATV. AZ xəbər verir ki, məzar ziyarətindən sonra şəhid Samir Xudiyevin ilk ildönümü ilə bağlı Ramana qəsəbəsində yerləşən "Halal" mərasim evində, anım mərasimi keçirilib, şəhidin adına ehsan verilib. Bir daha ruhuna dualar oxunub, xatirəsi yad edilib.
Qeyd edək ki, 20 yaşlı şəhid subay olub.
Mərasimlə bağlı hazırlanan video material yaxın günlərdə yayımlanacaq.
İctimai Xəbər Agentliyi MMC-nin və ATATV. AZ xəbər saytının təsisçisi, baş direktoru Rəsafil Bayramov
Operator, fotomuxbir : Rövşən Bayramov










































































