Xəbər Lenti
11-10-2026, 12:30
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
11-10-2026, 12:25
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
10-10-2026, 14:26
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
10-10-2026, 13:39
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
10-10-2026, 11:36
Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
9-10-2026, 12:01
Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkiyə, Rusiya, İrlandiya, İsrail və Azərbaycan — Bakıda bir ideya ətrafında səkkiz ölkə
9-10-2026, 10:24
Minaya düşənlər şəhid Ruhin Qəhrəmanovun atası ilə qardaşıdır minaya-dusenler-sehid-ruhin-qehremanovun-atasi-ile-qardasidir
8-10-2026, 16:30
TƏBİB – insan sağlamlığına və vətəndaş məmnunluğuna xidmət edən mühüm səhiyyə qurumu
8-10-2026, 14:28
Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatı
8-10-2026, 10:14
“SABAH.city”də AzTU-nun süni intellekt əsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq
7-10-2026, 18:59
“Kristal Abşeron” MTK-dan yenə də ŞİKAYƏT VAR! – Sakinlərin sualı cavabsız qalır – İDDİA
Şəhid memarın yubleyi təhsil aldığı universitetdə qeyd olundu

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin məzunu, I Qarabağ müharibəsi şəhidi Fuad Əsədovun 50 illik yubleyi şəhidin təhsil aldığı universitetdə qeyd olunub. Tədbirdə şəhidin ailə üzvləri, komandirləri, döyüş yoldaşları, AzMİU-nun rəhbərliyi, Memarlıq fakültəsinin müəllim və tələbələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Fuad Əsədovun təhsil aldığı fakültədəki barelyefi önünə əklik qoyublar, onun xatirəsini etiramla yad ediblər.
Bədii hissədən öncə şəhidin tələbə vaxtı çəkdiyi əsərlərdən və Memarlıq fakültəsinin tələbəsi Nabat Əsgərovanın əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonra AzMİU tələbələrinin ifasında şəhid Fuad Əsədovun şeir və nəğmələri əsasında hazırlanmış bədii kompazisiya nümayiş etdirilib. Bədii kompazisiyada şəhidin şeirləri səsləndirilib, onun həyat və yaradıcılığını, döyüş yolunu əks etdirən səhnələr yer alıb.
Tədbirin sonunda şəhidin anası Solmaz Əsədova, Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova, AzMİU-nun prorektoru Orxan Naqdiyev, şəhidin komandirləri və döyüş yoldaşları çıxış edərək Fuad Əsədov haqqında xatirələrini bölüşüblər, gəncləri şəhidlərimizin ruhuna daha da ehtiramla yanaşmağa, onların həyat yolunu dərindən öyrənməyə çağırıblar.






















































