Xəbər Lenti
Dünən, 14:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 16:56
Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsində görkəmli Azərbaycan şairi və dramaturqu Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
8-04-2026, 15:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
8-04-2026, 14:12
6 milyonluq yeyinti edən Abşeron - Xızı regional Təhsil İdarəsinin müdiri İlhamə abdullayeva ilə bağlı ŞOK
8-04-2026, 13:42
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
7-04-2026, 19:36
Qəbirlər su altında, məsuliyyət isə havada – Abşeronda laqeydliyin acı Nəticəsi: Başçı Abdin Fərzəliyev HARADADIR? Bələdiyyə sədri niyə susur?
7-04-2026, 17:16
«Fərid Eyvazov klinikaya rəhbər təyin ediləndən günümüz göy əskiyə bükülüb…» - QALMAQAL
7-04-2026, 13:12
Haqq Ədalət Partiyası: İLHAM ƏLİYEVİN GÜRCÜSTANA SƏFƏRİ REGİONDA ƏMƏKDAŞLIĞA VƏ SABİTLİYƏ XİDMƏT EDİR
“Dünyanın şah memarlıq əsərləri” - Slovakiyanın tarixi və memarlıq irsi AzMİU-da

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Dünyanın şah memarlıq əsərləri” adlı yeni və maraqlı fotolayihənin açılış mərasimi olub. İtaliya-Azərbaycan Dizayn Mərkəzi və tanınmış azərbaycanlı peşəkar fotoqraf, incəsənət kuratoru Aydın Sadıxovun təşkilatçılığı ilə keçirilən layihədə AzMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, tələbələri, Slovakiyanın ölkəmizdəki səfiri Milan Laychak və konsul Mihal Teshlar iştirak edib.
Açılış mərasimində İtaliya-Azərbaycan Dizayn Mərkəzinin direktoru Fərid Kərimov çıxış edərək “Dünyanın şah memarlıq əsərləri” adlı fotolayihə barədə qonaqlara məlumat verib. Fərid Kərimov layihənin keçirilməsində əsas məqsədin dünyanın müxtəlif ölkələrinin memarlıq xüsusiyyətləri, tarixi və mədəni irsi, eləcə də dizayn sahəsində yeniliklərlə tanışlıqdan ibarət olduğunu bildirib. “Dünya şah memarlıq əsərləri” adlı silsilə fotolayihənin uzunmüddətli nəzərdə tutulduğunu qeyd edən Fərid Kərimov bugünki sərgidə məharətli fotoqrafın obyektivinə Slovakiya memarlığından tuş gələn incilərin nümayiş olunduğunu deyib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamlayıb və layihənin fərqli memarlıq nümunələrini öyrənmə, təbliğ etmə baxımından önəminə diqqət çəkib. Slovakiya memarlığının Avropa memarlığında xüsusi yerə sahib olduğunu qeyd edən professor Gülçöhrə Məmmədova bildirib ki, bu layihə AzMİU tələbələrinin, memarlıq üzrə professor-müəllim heyətinin Slovakiya şah əsərləri ilə bağlı daha çox məlumat əldə etməsinə şərait yaradacaq.
Rektor AzMİU ilə Slovakiya Texniki Universiteti arasındakı faydalı əməkdaşlığa toxunaraq layihənin, ümumiyyətlə qarşılıqlı əlaqələrin Slovakiyanın digər ali təhsil müəssisələri ilə də əməkdaşlığa zəmin yaradacağına ümidvar olduğunu bildirib.
AzMİU-da olmaqdan məmnunluğunu ifadə edən səfiri Milan Laychak layihənin təşkilinə görə rektora, təşkilatçılara ölkəsi adından təşəkkürünü bildirib, Bakıda, xüsusilə memarlıq təhsili üzrə böyük ənənələrə sahib bir universitetdə Slovakiya memarlığının təbliğini böyük dəyər və iki ölkə arasındakı dostluğun təzahürü kimi qiymətləndirib. Slovakiya, bu ölkənin memarlıq inciləri haqqında məlumat verən səfir AzMİU ilə Slovakiya ali təhsil müəssisələri arasında əlaqələrin inkişafı üçün dəstək göstərməyə hazır olduqlarını qeyd edib.
Fotoqraf və səyyah, sərginin müəllifi Aydın Sadıxov AzMİU rəhbərliyinə və səfirə, eləcədə digər qonaqlara təşəkkür edib və sərgidə nümayiş olunan əsərlərlə bağlı məlumat verib. Müəllif bildirib ki, 20 əsərdən ibarət fotosərgidə Slovakiyanın nadir memarlıq nümunələrinin, o cümlədən Bratislava, Orava, Stara Lubovna, Spis, Beckov, Şaxtice, Devin və Trencin qalalarının əsrarəngiz görüntüləri sərgilənir.
Açılış mərasimindən sonra sərgiyə baxış keçirilib və qonaqlar və səfir Milan Laychakın Slovakiya haqqında marqlı təqdimatı dinlənilib.
Qeyd edək ki, gələcəkdə layihə çərçivəsində dünyanın digər ölkələrinə məxsus memarlı abidələrinin də fotosərgisinin təşkili planlaşdırılır.























































