Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları "Azərenerji" və "Azərişığ"a ötürüləcək
DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Sumqayıtda şəhid Emil İsgəndərovun anım günü keçirilib
ATATV. AZ xəbər verir ki, bu gün əslən Qubadlı rayonunun Çardaqlı kəndindən olan 44 günlük "Vətən Savaşı" nın şəhidi Emil Vaqif oğlu İsgəndərovun doğum günüdür. Emil İsgəndərovun bu gün 33 yaşı tamam olur. Bu münasibətlə yaşadığı Sumqayıt şəhərində artıq üçüncü doğum günü, mövludu qeyd olunub. Anım mərasimində "Dəmir Yumruq Alfa - A" Cəmiyyətinin sədri Ülviyyə Vasifqızı, Cəmiyyətin üzvləri, qazilər, hərbçilər, şəhidin ailə üzvləri, şəhid ailələri, din xadimləri, İctimai Xəbər Agentliyi MMC-nin, ATATV. AZ xəbər saytının təsisçisi və baş direktoru Rəsafil Bayramov iştirak edib. Öncə ziyarətçilər tərəfindən şəhidin Sumqayıt şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət edilib. Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidin şərəfli ömür və döyüş yoluna nəzər salıb, igidliyi, cəsurluğu barədə söhbət açıblar, vətənpərvər ruhda şeirlər səsləndiriblər.
"Emil cənnət yaş dövründədir. Onun 33 yaşı var, hər zaman qəhrəman, cəsur, mədəni və mübariz bir oğul olub. Üç il öncə bu həyata gözlərini yumub. Ancaq onunla bağlı xatirələr həmişə yaşayacaq. Hərb sahəsini özü seçib, şərəflə, qürurla Vətəninə xidmət edib. Emil əsl Vətən övladı, Vətən adamı idi. Borcumuzdur ki, hər zaman şəhidləri, qaziləri yad edək, onların ailəsi ətrafında olaq, anım mərasimlərində birgə iştirak edək. Bu da bizim o qəhrəman balaların qarşısında, Vətən üçün bir borcumuzdur" -, deyə Ülviyyə Vasifqızı bildirib.
Elə ömür yoluna nəzər salanda da bu çıxışın haqlı olması öz əksini tapır.
Emil İsgəndərov 1990-cu il avqust ayının 6-da sadə, zəhmətkeş bir ailədə dünyaya gəlib. Ailədə üç qardaşdan biri, evin böyük övladı olub. Orta məktəbi bitirdikdən sonra, 2008-2010-cu ilərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində ləyaqətlə dayanıb. Hərbi xidmətini uğurla başa vurduqdan sonra ömür yolunu hərb ilə bağlayıb. Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarında fəaliyyətə başlayıb. Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin giziri olub. İkinci Vətən Müharibəsi zamanı isə Füzuli, Cəbrayıl, Qubadlı və Şuşa istiqamətlərində döyüşüb. Emildən başqa digər qardaşları - İsgəndərov İsgəndər və Əli İsgəndərov da müharibə iştirakçıları olub. Atası Vaqif İsgəndərov isə Birinci Qarabağ Savaşının iştirakçısıdır. Bütövlükdə İsgəndərovlar ailəsi qəhrəmanlıq nümunəsi, əsl vətənpərvər ailədir. Emil İsgəndərovun şərəfli döyüş yolu 38 gün çəkib. Ağır döyüş əməliyyatlarında olub. Qalibiyyətin 6 günlük fərq astanasında o həyata gözlərini əbədi yumub. 2020-ci ilin noyabrın 4-də Şuşa istiqamətində döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına ucalıb. Nəşi noyabrın 12-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Şəhidliyindən sonra iki medalla təltif olunub. 2017-ci ildə ailə həyatı quran şəhidin İbrahim və Nicat adlı iki oğul övladı ailəsinə, Vətəninə əmanət qalıb.
Ziyarətdən sonra şəhid ailəsinin yaşadığı evdə mərasim düzənlənib, adına ehsan verilib. Bir daha ruhuna dualar edilib, ailəsinə mənəvi dəstək göstərilib.
Allah şəhidimizə rəhmət eləsin, ruhu şad olsun!
İctimai Xəbər Agentliyinin MMC-nin və ATATV. AZ xəbər saytının təsisçisi, baş direktor Rəsafil Bayramov
Operator, fotomüxbir: Rövşən Bayramov