Menu
Xəbər Lenti
“Sabah”ın oyunu var
28-07-2026, 12:01

“Sabah”ın oyunu var

“Azeri Light” ucuzlaşdı
28-07-2026, 11:30

“Azeri Light” ucuzlaşdı

Çində iki zəlzələ oldu
28-07-2026, 11:26

Çində iki zəlzələ oldu

Güclü külək əsir
27-07-2026, 11:36

Güclü külək əsir

Başsağlığı
25-07-2026, 14:20

Başsağlığı

08 İyul 2023 11:11Manşet / Gündəm

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən qəhrəmanımız yenidən əməliyyat olundu

 

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən cinayətkarı zərərsizləşdirən Vasif Tağıyev ötən gün yenidən əməliyyat olunub.

Bunu Oxu.Az-a açıqlamasında onun anası Təranə Tağıyeva bildirib.

O bildirib ki, oğlunun çənə sümüyü üzərində əməliyyat olunub:

“Hücum zamanı Vasifə iki güllə dəymişdi. Çənəsinin bərpası üçün implant qoyulmuşdu. Əməliyyat edib, onları çıxardılar. İki həftə yemək yeməyində çətinliklər olacaq”. 

O qeyd edib ki, Vasifin vəziyyəti yaxşıdır. 

Xatırladaq ki, V.Tağıyev hücum zamanı altı qəlpə yarası almış və əməliyyat olunmuşdu.

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycan Respublikasının İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Mahir İmanov və Vasif Tağıyev - hücumun qarşısını alarkən yaralanıb. 

Öldürülən baş leytenant O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. 

İlhamə Əbülfət