Menu
Xəbər Lenti
Bu gün millimizin oyunu var
13-11-2026, 10:05

Bu gün millimizin oyunu var

“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

29 Yanvar 2023 17:10Siyasət

Litvadakı soydaşlarımız Azərbaycanın İrandakı səfirliyinə terror hücumunu pisləyiblər

Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilmiş xain terror hücumu Litvada yaşayan soydaşlarımızı da hiddətləndirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Klaypeda şəhərində fəaliyyət göstərən “Azəris” Azərbaycan Cəmiyyətinin yaydığı bəyanatda səfirliyin təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovun həlak olması, iki əməkdaşının yaralanması ilə nəticələnən terror aktı sərt şəkildə pislənib.

Soydaşlarımız Litva ictimaiyyətinə və beynəlxalq birliyə bu terror hadisəsinə qarşı sərt etiraz bildirməyə çağırış ediblər. Bəyanatda, həmçinin regionda sülh və sabitlik əleyhinə yönəlmiş təxribatların qarşısının alınması üçün hüquqi-siyasi müstəvidə tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.