Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli  - 65
Bugün, 13:34

Tapdıq Əlibəyli - 65

Tapdıq Əlibəyli - 65
Dünən, 17:08

Tapdıq Əlibəyli - 65

4 yolda sıxlıq var
Dünən, 10:23

4 yolda sıxlıq var

Tapdıq Əlibəyli - 65
21-06-2026, 15:52

Tapdıq Əlibəyli - 65

Vens İsveçrədədir
21-06-2026, 11:32

Vens İsveçrədədir

Bu gün imtahan var
21-06-2026, 11:21

Bu gün imtahan var

“Azeri Light” bahalaşdı
20-06-2026, 11:22

“Azeri Light” bahalaşdı

27 Yanvar 2024 16:28Manşet / Gündəm

Əli Əlizadə: “Səfirliyə hücumla bağlı İran məhkəməsinin layiqli qərar çıxaracağına ümid edirik”

 

İrandakı Azərbaycan səfirliyinə hücumla bağlı İran məhkəməsinin ədalətli və layiqli qərar çıxaracağına ümid edirik.

Bu barədə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə özünün “X” hesabında yazıb.

“Biz bu terror aktını törədənlərin tam və ağır formada cəzalandırılmasını gözləyirik”, - deyə o bildirib.

Xatırladaq ki, 2023-cü ilin yanvar ayının 27-də Bakı vaxtı ilə səhər saat 9 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Azərbaycan XİN yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb.

İrandakı Azərbaycan səfirliyinə terror aktı təşkil edən şəxsin ilk məhkəmə iclası bu gün keçiriləcək.

Bizimlə əlaqə saxlayın