Xəbər Lenti
2-07-2026, 20:36
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
2-07-2026, 14:10
Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
2-07-2026, 12:19
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
1-07-2026, 23:37
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
1-07-2026, 22:03
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
1-07-2026, 13:31
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
1-07-2026, 13:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
1-07-2026, 13:16
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Mərhəmət Lələyevi qəbul edib
24 Oktyabr 2022 17:59Manşet
Ağsuda “Sağlam qidalan, sağlam ol!” layihəsi çərçivəsində tematik seminar keçirilib

Ağsu rayon Təhsil sektorunun Çiyni kənd tam orta məktəbində Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Sağlam qidalan, sağlam ol!” layihəsi çərçivəsində növbəti tematik seminar keçirilib. Təhsil ictimaiyyəti nümayəndələrinin, layihə üzrə işçi qrupunun, təlimçi və ekspertlərin iştirak etdikləri seminara rayonun Çiyni kənd tam orta məktəbinin 30-a yaxın şagirdi, habelə valideynlər cəlb ediliblər.
Tədbirdə çıxış edən layihə rəhbəri Ziba Məmmədova əsas məqsədin məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği və şagirdlərə təhlükəsiz qidalanma vərdişlərinin aşılanması olduğunu deyib. Qeyd edib ki, layihə çərçivəsində Ağsu rayonunun Kəndoba, Pirhəsənli və Çiyni kənd tam orta məktəblərində tematik seminarlar təşkil olunub. Həmçinin məktəblilər arasında “Mənim sağlam sinfim” adlı esse müsabiqəsi keçiriləcək.
Daha sonra çıxış edən Çiyni kənd tam orta məktəbinin direktoru Nənəqız Quliyeva layihənin əhəmiyyətindən söz açaraq bildirib ki, düzgün qidalanma ilə yanaşı, insanlar sağlam qidadan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdırlar.
Layihə üzrə təlimçi Elnarə Qasımova auditoriyaya mövzu ilə bağlı ətraflı məlumat verib. Seminarda mövzu üzrə oyun və qruplarla iş aparılıb. Hazırlanan videoçarx nümayiş etdirilib, ətraflı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda tədbir iştirakçılarına layihə çərçivəsində çap olunan “Sağlam qidalan, sağlam ol!” adlı flayerlər paylanılıb.
Qeyd edək ki, layihə çərçivəsində şagirdlərin mövzu ilə əlaqədar daha çox araşdırma aparması və daha geniş informasiya əldə olunması məqsədi ilə rayon məktəbliləri arasında 21 gün müddətində (20 oktyabr - 10 noyabr) “Mənim sağlam sinfim" adlı esse müsabiqəsi keçiriləcək.























































