Menu
Xəbər Lenti
Bu gün millimizin oyunu var
13-11-2026, 10:05

Bu gün millimizin oyunu var

“Azeri Light” ucuzlaşdı
11-11-2026, 10:34

“Azeri Light” ucuzlaşdı

Pezeşkian Türkiyəyə gedir
11-11-2026, 10:18

Pezeşkian Türkiyəyə gedir

11 İyun 2022 17:03Manşet / Cəmiyyət

Bəzi müəllimlər qanunsuz yolla işə düzəliblər - Nazir

Bəzi müəllimlər qanunsuz yolla işə düzəliblər - Nazir

Azərbaycanda təhsil alanların öyrənmə xüsusiyyəti ilə bağlı bir dənə də olsa elmi iş yoxdur.

Bunu təhsil naziri Emin Əmrullayev Gənc müəllimlərin II Forumunda deyib.

Nazir vurğulayıb ki, 1990-cı illərdə ölkənin çətin dövrlərində bəzi müəllimlər məktəblərə qeyri-qanuni şəkildə yol tapıb:

“Bu gün Azərbaycan təhsili bundan əziyyət çəkir. Artıq ayırdetməni aparmağın vaxtı çatıb. Biz bu gün aparılan diaqnostik qiymətləndirmə ilə bu kimi halları aradan qaldırmağa çalışırıq. Təbii ki, təkmilləşməyə ehtiyacı olan müəllimlər də təkmilləşmə kurslarına cəlb olunacaq”.