Xəbər Lenti
Bugün, 17:36
“Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
Bugün, 16:08
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
Dünən, 19:50
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Dünən, 16:03
Elmin və peşəkarlığın zirvəsində: PhD, Oral Cərrah, İmplantoloq, Parodontoloq Uzm. Dr. Kamran Məmmədov
Dünən, 11:22
DTX-dən peşə bayramı ilə bağlı paylaşım: Azərbaycan təhlükəsizlik orqanlarının 107 ili tamam olur
Ümumdünya Şahmat Olimpiadasında ikinci turun oyunları başa çatıb

Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasında ikinci turun oyunları başa çatıb.
İkinci turda “Azərbaycan-Naxçıvan” komandası Misir komandası ilə qarşılaşıb. Ağ fiqurlarla mübarizə aparan Nazlı Hümbətova Adam Fəhmi, Zərifə Abbasova isə Jana Tamerlə üz-üzə gəlib. Bu görüşlərdə Nazlı və Zərifə rəqibləri üzərində qələbə qazanıblar. Ziad Rauf Abdellə görüşdə Hüseyn Seyid də ağ-qara taxtanı qalib tərk edib. Sadiq Abbasov isə Omar Mustafa Məhəmmədlə oyunda “sülh”ə razılaşıb – 3,5:0,5. Bununla komandamız olimpiadada ilk komanda qələbəsini qazanıb.
İlk turu qələbə ilə başa vuran “Azərbaycan-2” komandası “Özbəkistan-1” komandası ilə görüşdə məğlub olub – 1,5:2,5. “Azərbaycan-1” komandası isə “Qırğızıstan” komandasının müqavimətini qırıb – 3:1. Yarışa məğlubiyyətlə başlayan “Azərbaycan-3” komandası “Özbəkistan-2” yığması ilə münasibətlərə aydınlıq gətirib. Bu görüşdə komandamız ardıcıl olaraq ikinci dəfə ağ-qara taxtanı məğlub tərk edib – 0:4. “Azərbaycan-4” komandası isə “CAR-2” komandası üzərində 3,5:0,5 hesablı qələbə qazanıb.
Turnirə qələbə ilə başlayan “İran” və “Türkiyə-Anatolia” komandalarının görüşündə qalib gələn olmayıb – 2:2. Maraqla gözlənilən “Meksika” - “Hindistan” qarşılaşmasında isə ağ-qara taxtanı ikincilər qələbə ilə tərk ediblər – 0,5:3,5.
İkinci turda keçirilən digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınıb:
Monqolustan – “Türkiyə-Red” – 1:3
Qazaxıstan - Moldova – 3,5:0,5
Kuba - Banqladeş – 3:1
Latviya – “Türkiyə-White” – 0:4
“Azərbaycan-Sumqayıt” - Kanada – 2:2
İngiltərə - CAR-3 – 2:2
Malayziya – “Gürcüstan–2” - 4:0
“CAR-1” – “Gürcüstan-1” – 0:4
Livan - Şri-Lanka – 2:2
Panama - Honkonq – 2,5:1,5
Qeyd edək ki, olimpiadaya oktyabrın 10-da yekun vurulacaq.























































