Xəbər Lenti
Bugün, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
Dünən, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
18-06-2026, 18:48
Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Tibb İşçilərinin Peşə Bayramına həsr olunmuş tədbir keçirilib
18-06-2026, 16:01
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunun illik toplantılarının açılış mərasimində iştirak edib
18-06-2026, 14:46
İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
17-06-2026, 17:48
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
17-06-2026, 15:00
Səhiyyəyə həsr olunan peşəkar fəaliyyət- 1 saylı Kliniki Tibbi Mərkəzin direktoru Musa Abbasov
17-06-2026, 14:00
İnsan sağlamlığına həsr olunan fədakar fəaliyyət-Siyəzən RMX-nın direktoru Nərgiz Əliyeva
17-06-2026, 13:59
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
17-06-2026, 13:38
Ağ xalatın məsuliyyət yükünü şərəflə daşıyan rəhbər – Elçin Bilalovun fədakarlıq yolu
Heyvan və heyvandarlıq məhsulları sahəsində fəaliyyət göstərən sahibkarların nəzərinə!
Məlum olduğu kimi, 2021-ci il 3 dekabr tarixli 415-VIQD nömrəli “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna əsasən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının məbləğlərində bir sıra dəyişikliklər edilib. Heyvanlar kəsilərkən müayinələrin aparılmasında heç də həmişə laboratoriya analizlərinə ehtiyac yoxdur. Məhsulun təhlükəsizliyi ilə bağlı şübhəli hal meydana gələrsə, laboratoriya analizlərinin aparılmasına zərurət yarandıqda bunun üçün sözügedən rüsumlardan başqa, əlavə xidmət haqqı ödənişləri tələb oluna bilər.
AQTA-dan verilən məlumata görə, heyvan və heyvandarlıq məhsullarının müvafiq normalara cavab verməsini müəyyənləşdirmək məqsədilə aparılan baytarlıq nəzarəti tədbirlərinə görə ödənilən dövlət rüsumlarının məbləğində isə heç bir dəyişiklik edilməyib. Əlavə olaraq, kəsilən quşların müayinəsi üçün hər quşa görə rüsum 5 qəpikdən 2 qəpiyə endirilib.
Qeyd edək ki, dövlət rüsumlarının məbləğlərində edilən dəyişiklər 2022-ci il yanvar ayının 1-dən qüvvədədir.





















































