“Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Elmin və peşəkarlığın zirvəsində: PhD, Oral Cərrah, İmplantoloq, Parodontoloq Uzm. Dr. Kamran Məmmədov
DTX-dən peşə bayramı ilə bağlı paylaşım: Azərbaycan təhlükəsizlik orqanlarının 107 ili tamam olur
Mingəçevir şəhəri "Nərgiz" klinikasının USM həkimi Sevda Şəfiyevanın, gözünün ağı-qarası Rüstəm balasının torpağa əmanət edildiyi gündür
Əzizim Sevda xanım sizə bu ağır illərdən övlad həsrətiylə çəkdiyiniz dərdinizin şahidi ən az sizin qədər kədərlə Rüstəmi xatırlayan insanlardan olduğum üçün, dərdinizə şərik, qəminizə kədərlənərək dərin hüznlə baş sağlığı verirəm. Cənnətdə olan cənnət qoxulu Rüstəmimizin ruhu daim rahat olsun. Uca rəbbim sizə səbr nəsib eyləsin.
Necə doydun dünyadan,
Anan qurban gözlərinə.
Ziyarətgah eyləmişəm səndən sonra məzarlığı.
Səhər yolumu məzarlıqdan,
Axşam yolumu məzarlıqdan,
Bayramlarımı məzarlıqdan, salan balam.
Doymadınmı uyumaqdan.
Hey gəlirəm sən yatmısan.
Oyatmağa qıyanmıram yaralısan.
Yatsın balam ağrımasın zərrə canı.
Mən ziyarət eyləyərəm, təki balam oyanmasın.
Anan qurbandı boyuna,
Arzum idi ki, toyuna,
Dost-tanışların çağırım.
Nə arzularımı apardın o, dünyaya özünlə sən.
Səninlə bir dəfn eylədim,
Sevincimi gözəl balam.
Sənsiz yaşayıramsa demə dözür mənsiz anam.
Sən gedəni hər gün ölləm,
Nələr çəkir bilsən anan,
Bəlkə dönüb gələrsən bilsən nələr çəkir anan.
Jalə Ağakişiqızı
“Zeferyolutv.az”-ın rəhbəri























































