Qərbi Kaspi Universitetində dövlət hesabına təhsil alan tələbələrdən ÖDƏNİŞ TƏLƏB OLUNUR
"Torpağımızı qazırlar, məhkəmənin qərarını saymırlar" - MTK və vətəndaş arasında qalmaqal
Vəkillərə "Elektron Məhkəmə" informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək
Vəziyyət pisləşir: Trampın Rusiya neftinin idxalına icazəsi Kubanı xilas edəcəkmi?
Xəyalə İmanova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin ən ağrılı və unudulmaz səhifəsidir”
Günay Muradova: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü milli yaddaşımızın silinməz faciəsidir”
ATİAHİ RK-nın sədri Araz Paşayev: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və tarixi ədalətin çağırışı”
Həyat Dursunəliyeva: 31 Mart – Azərbaycan xalqının qan yaddaşı və unudulmaz faciəsi
İlqar Talıbov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü tariximizin unudulmayan faciəsidir”
Quba Rih-nin başçısı İlqar Mahmudov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında silinməz iz qoymuş faciədir”
Əməkdar mədəniyyət işçisi, Ədalət Hacıyev: 31 Mart – Azərbaycanlıların Soyqırımı: Tarixin unudulmaz səhifəsi
Xeyriyyəçi xanım Zərniyar Kərimova: 31 Mart – xalqımızın qan yaddaşı və ədalətə çağırış günü
Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov: 31 Mart – Xalqımızın qan yaddaşı və unudulmaz faciəsi
Taleh Məmmədov: 31 Mart – tariximizin unudulmaz faciəsi və milli yaddaşımızın sınağı
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və unudulmaz faciəsi”
“Kids Era” körpələr evi-uşaq bağçasının müdiri Sevda Quliyeva: “31 Mart – Azərbaycan xalqının qan yaddaşı və soyqırım faciəsi”
Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Emin Musayev: Peşəkarlığın və vətəndaş xidmətinin nümunəsi
İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatının tənəzzülü ilə bağlı SOS
Nərimanov Rayon MKTB-nin rəisi Manaf Manafov: “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü. Tarixin qan yaddaşı və milli birliyin sarsılmaz ruhu”
TƏBRİK EDİRİK!!!
44 günlük vətən müharibəsinin qəhrəman oğlu Muxtar Əsgərzadə...
Vətən müharibəsi qəhrəmanı, Vətənin igid oğlu Muxtar Əsgərzadəyə həsr olunur...
“ZƏFƏRİN SİMFONİYASI”
Dağların qarı mənəm, gün dəysə ərimərəm,
Qəbrimi güzeydə qaz, cavanam çürümərəm.
1990-cı ildən ta 2023-cü ilin sentyabrına qədər davam edən Vətən mücadiləsində canından keçən qəhrəman oğullarımızın xatirəsi tarix yaşadıqca yaşayacaqdır.
Ruhunuza ehtiramla...
Yenə dağlara qar yağmışdı, həsrət qaldığımız o dağlara. Mən nağıl danışıram. Həqiqətəbənzər nağıl; sədaqətdən, mərdlikdən, dözümdən, qəhrəmanlıqdan, sevgidən bəhs edən (ağ atlı oğlanların) nağıllaşmış, əfsanələşmiş, dastanlaşmış nağılını. O, nağıl ki, bir vaxtlar ki, zorən məğlubiyyət tariximizi başımıza vura-vura bizi əsir etmişlər. Bu tarixi zəfər tarixi ilə əvəz edən oğulların nağılını yazıram. Heç bir müharibədə Qarabağ müharibəsi qədər qəddarlıqdan, xəyanətdən söhbət getməmişdi. Heç bir müharibədə Qarabağ müharibəsində olduğu qədər xain və satqın tutulub cəzalanıdırlmamışdı. Dünyada ancaq bir psixologiya işləyirdi, biz müharibə etməyi bacarmırıq. Biz ha!!! Biz müharibə etməyi də bacarırıq, qurban getməyi deyil, vətəninə, torpağına qurban olmağı da bacarırıq. Biz əzəldən bu idik. Lap əzəldən tariximiz bəlli, yetənəklərimiz bəlli, etnosumuz bəlli. Etnosu Qurd olanı toponimləri Şir, Qartal olanı məhv etməyə güc istərəm! Mənim vətənimin oğulları əzəldən bir ordunu təkbaşına yıxmaq qüdrətinə malik igidlər olub. Çox ad, soyad sadalaya bilərəm. Bu vərəqlər o sayı qaldıra bilməz. Onu səndə bilirsən, hamımız bilirik. Biz kimik, kimdi onlar? Məğlublar haqqında əsər yazılmaz. Məğlub ölkə gözdən düşər. Hər şeyi birləşdirib gətirirəm zəfərimizin kuliminasiya nöqtəsi olan 2020-ci ilin 8 noyabrında bağlayıram. 44 gün! Biz qalib gəldik, biz zəfər badəsinin şirinliyini daddıq. Biz dünyaya çatdırdıq ki, biz bacarırıq. Ədalətimizi, həqiqətimizi, qeyrətimizi, şərəfimizi qorumağa gücümüz də var, iqtidarımızda. Bu şirinliyi bizə içirənlərədi boyun borcumuz. Bizim qeyrətlə vuruşub (Birinci Qarabağ, Aprel döyüşləri, İkinci Qarabağ) torpağımızda şəhid gedən igidlərimiz var. Bəli, var. İgid ölür, adı qalır. O, sənin qəlbindədir, mənim qəlbindədir, milyonların qəlbindədir. Biz varıqsa onlarda olacaq. Onlar Vətənin azadlığını və müstəqilliyini canlarından yüksək tutanlar idi. Onlar bizə itirdiklərimizi qaytaranlardı. Onlar bizi özümüzə dünyaya biz olaraq tanıdanlardı. Onlar bizim şərəfli tariximizdi. Tarix isə vaxtında yazılmalıdı. 
Necə də gözəl səslənir, zəfərin simfoniyası. Hər birinizin danılmaz haqqı var bu azadlıq tarixinin yazılmasında. Zəfər simfoniyasının hər biriniz, Muxtar, bir notusunuz. Hər biriniz anamız Azərbaycanın ləyaqətli vətəndaşısınız. İllər ötəcək, tarix yenilənəcək, ancaq qəhrəmanlıq və qəhrəmanlar tarixi daş kitabələrə çevrilərək gələcək nəsillərə örnək olacaq. Biz belə gördük, bizdən sonra da tarix bu cür təkrarlanacaq. Sizin yazdığınız tarix əbədiyaşardı. Sən öz sağlamlığını bu vətən uğrunda qoydun. Çünki, tarixdən gələn örnək sənə bunu belə öyrətmişdi. Vətəni sevərlər. Nə yaşın var?! Sən bu gənc yaşında bu şərəfli, ləyaqətli yolu seçənlərdən oldun. Yaradan hər kəsin qismətini öz bildiyi kimi verir. Sənin də qismətinə müharibədən ağ üzlə, şücaətlə dönmək oldu. Sən də şəhid soydaşların kimi torpaq üçün can verməyə, qan verməyə hazır idin. Bunu isə Tanrı bilir. Bizim ləyaqətli müharibə veteranımız, Əsgərzadə Muxtar Murad oğlu.
Ad günün mübarək! Şərəflə başladığın bu ömür yolunda sənə uğurlar, müvəffəqiyyətlər, yeni-yeni həyat qələbələri arzusu ilə...
Qələbə marşımız sevindi, dindi,
Yurdun azadlığı toy bayram oldu.
Zəfər nəğmələri qoşuruq indi,
Ordum yağı bağrı yarandan oldu.
Bir baba qanından, ana südündən,
Doğuldu gözündə heyrətin Muxtar.
Azadlıq eşqindən, torpaq sevgindən
Köksündə qabardı heyrətin Muxtar!
Dedin yurdum şirin sözümdü mənim,
Torpağa hər zaman yar olmalıyam.
Bu yurdlar, bu ellər gpzümdü mənim,
Görən gözlərimtək qorumalıyam!
Köksündə doğuldu nurlu sabahlar,
Düşündük torpağa can verilməli,
Söylədin olmasın indi də bir can,
Bu qünsə torpağa qan verməliyik.
Gözündə, köksündə bir Vətən eşqi,
Gələcək günlərə salamlar dedin,
Yurdum ürəyimin sarı simidi, Vətən!
Muxtar adlı oğlun var dedin!
Bir igidlik nümunəsi olaraq.
Vətən müharibəsinin qəhrəman oğlu
Əsgərzadə Muxtar Murad oğlu...
Müzəffər Ali Baş komandan İlham Əliyev tərəfindən Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, Şuşa medalları, Müdafiə naziri general polkovnik Zakir Həsənov tərəfindən 2-ci dərəcəli Qarabağ döyüşcüsü medalı ilə təltif edilmişdir.
Vətən Muxtar nümunəsində bu cür qəhrəmanların timsalında bölünməz və azaddır!
Hürü Hacızadə
Yazıçı-publisist
Fərid Faiqoğlu
AJB-nin üzvü























































